2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Azərbaycan klassik avtomobil kolleksiyası Ruandada yüksək mükafata layiq görülüb

Azərbaycan Avtomobil Federasiyasının (AAF) “Klassik Avtomobil Sərgisi” Ruandanın paytaxtı Kiqalidə keçirilən Beynəlxalq Avtomobil Federasıyasının (FIA) Təsisçi Üzvlərinin İrsin Təbliğatı Kubokunun ilk qalibi elan edilib.
 
Futbolxeber.az saytının məlumatına görə, mükafat Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzova təqdim olunub.
 
İlk dəfə FIA-nın 120 illik yubileyində təqdim edilən bu mükafatla avtomobil irsinin təbliğində səmərəli töhfələr verən, avtomobil tarixi üzrə biliklərin ictimaiyyətə çatdırılmasında fəal iştirak edən təşkilatlar və fərdlər təltif olunacaq.
 
Hər il təqdim olunması nəzərdə tutulan mükafat FIA-nın avtomobil irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətinin vacib bir hissəsidir.
 
AAF-ın “Klassik Avtomobil Sərgisi” bu mükafata avtomobil irsinin inkişafına verdiyi müstəsna töhfələr, maarifləndirmə təşəbbüsləri və ictimaiyyətin avtomobil tarixini yaxından öyrənməsi üçün inklüziv mühit yaratması səbəbindən layiq görülüb. Heydər Əliyev Mərkəzində 10 ildir sərgilənən kolleksiya klassik avtomobil həvəskarları və geniş ictimaiyyətin marağına səbəb olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31