21 Fevral 2026, Şənbə
Saşa İliç 1 xalı qənaətbəxş sayır
Kurban Berdiyevdən qələbə şərhi
“Komandada çaşqınlıq var idi”
Millimiz darmadağın oldu

Digər idman növləri

Ümumdünya Şahmat Olimpiadası: Kişilər uduzdu, qadınlardan heç-heçə

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün V turun görüşlərini keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, kişilərdən ibarət yığmamız favorit göstərilən Hindistana uduzub - 1:3.
 
Aydın Süleymanlı ilə Rauf Məmmədov məğlub olub. Nicat Abasov və Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. 5 turdan sonra millimizin hesabında 8 xal var.
 
Qadınlardan ibarət Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb. Görüş 2:2 hesabıyla yekunlaşıb. Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbəyə sevinib. Ülviyyə Fətəliyeva və Xanım Balacayevanın partiyası heç-heçə başa çatıb. Hazırda komandamızın aktivində 8 xal var.
 
Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina ilə heç-heçə edib - 2:2.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28