19 Avqust 2026, Çərşənbə
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi

Digər idman növləri

“Baku Open - 2024”də 300-dən çox şahmatçı iştirak edəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə keçirləcək “Baku Open - 2024” Beynəlxalq Şahmat Festivalında 300-dək idmançı çıxış edəcək.
 
Futbolxeber.az saytına AŞF-nin mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağı ilə qatılan iştirakçılar mübarizə aparacaqlar.
 
Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri yarışa qatılacaqlar.
 
Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.
 
Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.
 
“Baku Open - 2024” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi iyunun 29-da, saat 14:30-da başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31