2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Nazir Qusar Olimpiya Kompleksində olub

Elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovla birlikdə Qusar Olimpiya İdman Kompleksində olub.
 
Futbolxeber.az saytının məlumatına görə, tanışlıq xarakterli səfərdə qonaqlar idman qurğusunun komanda idman növləri, güləş və üzgüçülük zallarına baxış keçiriblər.
 
Kompleksin direktoru Elşən Məmmədov rayonun uşaq və yeniyetmə məktəbliləri arasında idmana böyük marağın olduğunu, həftənin bütün günlərində müxtəlif bölmələrə məşq üçün axın olduğunu bildirib. Bu baxımdan, səfər Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilən badminton layihəsinə, Qusar şəhəri 2 saylı tam orta məktəbin şagirdləri üçün Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Üzməyi öyrənək” layihəsi üzrə məşqlərə və voleybol məşğələsinə təsadüf edib.
 
Şagirdlərin idman bölmələrinə daha da çox yazılmalarından ötrü Quba - Xaçmaz Regional Təhsil Şöbəsinin dəstəyinə də ciddi ehtiyac duyulduğu diqqətə çatdırılıb. E.Əmrullayev Qusar məktəblərində görüşlərə lazımi şəraitin yaradılacağını vurğulayıb.
 
Nazir Qusar Olimpiya İdman Kompleksində bu yaxınlarda açılan basketbol bölməsinin fəaliyyəti ilə də maraqlanıb. Qusar rayonunun ən böyük - 1500 nəfərlik qapalı məkanı olan komanda idman növləri zalında basketbol yarışlarının təşkilinin mümkünlüyü də nəzərdən keçirilib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31