2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

“Şuşa” BƏƏ-də keçirilən beynəlxalq turnirin qalibi olub

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futvoley üzrə beynəlxalq turnir keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan turnirdə “Şuşa” komandası ilə təmsil olunub.
 
Azərbaycan komandasının heyətində futvoley üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş məşhur braziliyalı futvoleyçilər Anderson Aguia və Eduardo Dos Santos da çıxış ediblər.
 
Komanda qrup oyunlarında Danimarka, Braziliya və BƏƏ komandalarına qalib gələrək birinci olub. Daha sonra 1/4 final mərhələsində Türkmənistan komandası ilə qarşılaşan “Şuşa” yarımfinala yüksəlməyi bacarıb.
 
Yarımfinalda İsrail komandasını məğlub edən komanda finalda çox güclü İtaliya ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən final oyununda “Şuşa” italyanları 2:0 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.
 
Qeyd edək ki, beynəlxalq turnir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31