2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

“Prezident Kuboku-2023” beynəlxalq reqatasında 100-dən çox idmançı yarışacaq

Suqovuşan və Mingəçevirdə keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 4-7 may tarixlərində olacaq.
 
Qeyd edək ki, “Prezident Kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.
 
Reqatanı izləmək üçün müxtəlif xarici dövlətlərin avarçəkmə federasiyalarının, həmçinin beynəlxalq federasiyaların rəhbər şəxsləri Azərbaycana gələcəklər.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31