7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Minifutbol

AFFA-dan şəhid övladlarına hədiyyələr

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün yay düşərgələri keçirilir.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgədən birincisi artıq başa çatıb.

İlk düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, müxtəlif idman növləri ilə, eləcə də, futbolla məşğul olmaq, konsultasiyalar keçirilməsi və müğənnilərin iştirakı ilə konsert proqramı təşkil edilib.

İlk düşərgənin son günündə iştirakçılara AFFA tərəfindən müxtəlif hədiyyələr, idman ləvazimatları təqdim edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31