13 Oktyabr 2026, Çərşənbə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Futzal

“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib

Futzal üzrə UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupun oyunlarının keçiriləcəyi məkan dəqiqləşib.

Futbolxeber.az saytına Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, oktyabrın 27-dən 30-dək təşkil olunacaq matçlar Polşanın Qlivitse şəhərindəki “PreZero Arena”da baş tutacaq.

Məlumat üçün qeyd edək ki, 13 min 752 azarkeş tutumuna malik arena 2018-ci ildə istifadəyə verilib. İlk adı “Podium Hol” olan məkan daha sonra “Qlivitse Arena” kimi adlandırılıb.

2023-cü ildə sponsorla imzalanan anlaşmaya əsasən isə məkanın adı “PreZero Arena” olaraq dəyişdirilib. Arenanın inşası 98 milyon avroya başa gəlib.

“Araz-Naxçıvan” 5-ci qrupda “Pyast” (Polşa), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31