29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Mozambikə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu

Digər idman növləri

Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb

Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması İraqın Süleymaniyə şəhərində 19 ölkədən 120 idmançının iştirakı ilə keçirilən Asiya Kubokunun ikinci mərhələsində qızıl medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət kollektiv finalda Qazaxıstan yığmasına 5:4 hesabı ilə qalib gəlib.

Azərbaycan yığması qarışıq komanda yarışlarında da uğurlu nəticə göstərib. Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev finalda İran təmsilçilərinə məğlub olaraq ikinci yeri tutublar.

Beləliklə, yığmanın aktivində artıq iki medal - bir qızıl və bir gümüş medal var.

Qeyd edək ki, turnir Ümumdünya Kamandan Oxatma Federasiyasının (World Archery) rəsmi təqviminə daxil olan Dünya reytinq turniri (World Ranking Tournament) statusuna malikdir. Bu yarış idmançılara dünya reytinqində xal toplamaq, beynəlxalq mövqelərini möhkəmləndirmək və Yay Olimpiya Oyunlarının təsnifat mərhələləri də daxil olmaqla, qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq baxımından dəyərli təcrübə qazanmaq imkanı yaradır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31