28 Oktyabr 2026, Çərşənbə
Ribeyro 2 oyunluq cəzalandı
DÇ: U-15 millimiz Çiliyə məğlub oldu
“Qarabağ” Abbasla vidalaşdı
Yeton Bekiri qələbəni şərh etdi

Ölkə futbolu

AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza

AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib.

Futboxleber.az saytının məlumatına görə, buna I Liqanın VI turunda keçirilmiş "Şahdağ Qusar" - "Səbail" oyunundan sonra "dənizçilər"in rəhbərinin dəhlizə daxil olaraq hakimləri təhqir etməsi və onlara hədə-qorxu gəlməsi səbəb olub.

Bundan əlavə, qarşılaşmanın 85-ci dəqiqəsində "Səbail" azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 600 manat cərimələnib.

Oyun başa çatdıqdan sonra "Səbail" azarkeşlərinin kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsinə görə kluba 1500 manat cərimə tətbiq edilib.

Həmçinin "Səbail"in futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə və onlara hədə-qorxu gəldiyinə görə 4 oyunluq cəzalanıb. Bu hadisəyə görə də "Səbail" klubu 3000 manat cərimə ödəyəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31