29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı
“Qarabağ” Abbasla vidalaşdı

Ölkə futbolu

DÇ: Millimiz Mozambikə qarşı

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv C Divizionunda Mozambik yığması ilə üz-üzə gələcək.

Qarşılaşma bu gün, saat 11:30-da Hövsan Yarış Kompleksində baş tutacaq.

Bu cütün qalibi Kuba - Vyetnam matçında üstün olan tərəflə üz-üzə gələcək. Cütün məğlubu isə eyni komandaların qarşılşamasında uduzan tərəflə oynayacaq. Məğlublar saat 18:15-də, qaliblər 19:30-da münasibətləri aydınlaşdıracaq.

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1, hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Çili yığmasına uduzub (1:3), ardınca Cəbəllütariq seçməsini 5:1 hesabı ilə məğlub edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31