29 Oktyabr 2026, Cümə axşamı
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı

Ölkə futbolu

Azərbaycanlı gənc futbolçu İspaniya klubunda

Azərbaycanlı gənc futbolçu Eynur Bağırzadə karyerasını İspaniyada davam etdirəcək.

Futbolxeber.az saytının 525.az-a istinadən verdiyi məlumata görə, 17 yaşlı cinah yarımmüdafiəçisi "Real Mursiya" ilə 2027-ci ilin yayına kimi müqavilə imzalayıb.

8 yaşından futbolla məşğul olan Eynar Bağırzadə daha əvvəl "Qarabağ"ın futbol akademiyasında məşqçi Elnur Əliyevin rəhbərliyi altında çıxış edib. Ardınca "Vətən" Futbol Məktəbinə keçən E.Bağırzadə 2023-cü ildə Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) xətti ilə İspaniyanın "Marcet" akademiyasına yollanıb və "Real Mursiya" ilə müqaviləyə kimi bu akademiyanın üzvü olub. Eynur burada bu ilin iyununda "Real Mursiya"ya keçmiş Səid Aslanovla komanda yoldaşı olacaq.

Qeyd edək ki, "Real Mursiya" İspaniya futbol liqası sistemində 3-cü dərəcəli divizion sayılan "Primera Federacion"da (İlk Federasiya/2-ci qrup) çıxış edir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31