29 Oktyabr 2026, Cümə axşamı
1/8 finalın bütün cütləri bilindi
Millimiz Mozambikə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Digər idman növləri

Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə

Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, finalda türkiyəli Merve Azak ilə qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla Könül Əliyeva "Böyük Dəbilqə" yarışında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri oktyabrın 31-də başa çatacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31