28 Oktyabr 2026, Çərşənbə
Ribeyro 2 oyunluq cəzalandı
DÇ: U-15 millimiz Çiliyə məğlub oldu
“Qarabağ” Abbasla vidalaşdı
“Qarabağ” “Dinamo” ilə üz-üzə

Ölkə futbolu

Ribeyro 2 oyunluq cəzalandı

"Neftçi"nin futbolçusu İqor Ribeyro iki oyunluq cəzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna braziliyalı müdafiəçinin Azərbaycan Premyer Liqasının IX turunda "Turan Tovuz"la oyunda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub. "Neftçi" buna görə 1000 manat cərimələnib.

Bundan əlavə, "Araz-Naxçıvan" 700 manat cərimələnib. Naxçıvan təmsilçisi "Qəbələ" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün ziyana düşüb. "Qəbələ"dən isə 5 nəfər sarı vərəqə aldığı üçün eyni məbləğ ödəniləcək.

"Şamaxı"nın 5 oyunçusu "İmişli" ilə qarşılaşmada sarı vərəqə aldığından klub 700 manat ziyana düşüb.

Bundan əlavə, "Şəfa" klubuna 1500 manat cərimə tətbiq edilib. "Kəpəz"lə oyunda matçın ilkin protokolunun elektron sistemdə gec təsdiq edilməsi buna səbəb olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31