29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Mozambikə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu

Digər idman növləri

Dünya çempionatı: üç güləşçimiz uduzdu

Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) uğursuz çıxış edib.

R.Məmmədova 1/8 finalda Menqyu Xie (Çin) ilə dueldən məğlub ayrılıb. Rəqib növbəti raundda uduzduğu üçün Azərbaycan təmsilçisi medal qazanmaq şansını itirib.

R.Babazadə 1/16 finalda Taiyrbek Zumaşbek Uuluya (Qırğızıstan) məğlub olub. M.Moqamedov isə 1/4 finalda Bəhreyn idmançısı Axmed Maqomed Tajudinova uduzub.

Milli üzvləri rəqibləri finala çıxacağı təqdirdə sabah təsəlliverici görüşə qatılacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31