29 Oktyabr 2026, Cümə axşamı
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı
“Qarabağ” Abbasla vidalaşdı

Digər idman növləri

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının da ilk rəqibləri bəlli olub.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 12 cüdoçu ilə (8 kişi, 4 qadın) təmsil olunacaq. Turnirdə 59 ölkədən 374 idmançı (221 kişi, 153 qadın) mübarizə aparacaq.

29-31 oktyabr tarixlərində keçiriləcək Əbu-Dabi Böyük Dəbilqəsində ilk yarış günü təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final bloku isə saat 18:00-da start götürəcək. Turnirin görüşləri “Judo TV” və "CBC Sport"dan canlı yayımlanacaq.

Qadınlar

-48 kq, 1/8 final

Könül Əliyeva - Ulbusin Xakimova (Özbəkistan)

-52 kq, 1/16 final

Gültac Məmmədəliyeva - Karina Yefimova (Rusiya)

-70 kq, 1/16 final

Südabə Ağayeva - Nensi Nquyen (ABŞ)

+78 kq, 1/8 final

Madina Kaisinova - İrisxon Kurbanbayeva (Özbəkistan)

Kişilər

-60 kq, 1/8 final

Balabəy Ağayev - David Ştarkel (Sloveniya) / Nikita Anisimov (Rusiya) cütünün qalibi ilə

-66 kq, 1/16 final

Rəşad Yelkiyev - Erbol Abasbekov (Qırğızıstan)

-66 kq, 1/8 final

Ruslan Paşayev - German Kobets (Rusiya) / Tom Simxayev (İsrail) cütünün qalibi ilə

-73 kq, 1/16 final

Kamran Süleymanov - Zamoxşari Bekmurodov (Özbəkistan) / Xristos Dimitriadi (Kipr) cütünün qalibi ilə

Hidayət Heydərov - Baysanqur Baqayev (Serbiya) / Lusian Bors Dumitresku (Rumıniya) cütünün qalibi ilə

-90 kq, 1/16 final

Elcan Hacıyev - Yosip Buliç (Xorvatiya)

+100 kq, 1/8 final

Uşanqi Kokauri - Şərifcon Nazriyev (Tacikistan) / Yakiv Xammo (Ukrayna) cütünün qalibi ilə

Camal Qamzatxanov - Saba İnaneişvili (Gürcüstan) / Andre Umberto (Braziliya) cütünün qalibi ilə

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31