28 Oktyabr 2026, Çərşənbə
Millimiz Cəbəllütariqə qalib gəldi
“Qarabağ” “Dinamo”ya uduzdu
Ribeyro 2 oyunluq cəzalandı
“Qarabağ” Abbasla vidalaşdı

Ölkə futbolu

Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”

“Futbolçularımı təbrik edirəm. Bu matçda layiqli qələbə qazandılar. Baxmayaraq ki, günün ilk oyununda ağır məğlubiyyət almışdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın U-16 milllisinin baş məşqçisi Famil Xəlilov deyib.

Mütəxəssis Bakıda keçirilən FİFA U-15 dünya çempionatı və festivalında C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllütariq üzərində qazanılan 5:1 hesablı qələbəni belə şərh edib:

“Çiliyə məğlubiyyətdən sonra komandada psixoloji durum o qədər də ürəkaçan deyildi. Şükürlər olsun ki, bunun öhdəsindən gələ bildik. Növbəti oyuna hazırlaşdıq və qələbə qazandıq”.

F.Xəlilov futbolçuları haqda müsbət fikirlər səsləndirib: “İstərdik ki, Çili üzərində qələbə qazanaq, lakin alınmadı. Futbolçuların təcrübəsi çatmadı ki, bu ağır atmosferi qaldıra bilsinlər. Onların növbəti oyunlarda qələbə qazanmaqla təcrübə toplayacaqlarına inanıram. Bu futbolçulara inanmaq lazımdır. Onların potensialı imkan verir ki, gələcəkdə böyük futbolçu olsunlar”.

“Heyətdə rotasiya etməyinizə səbəb komandadakı yorğunluq idi, yoxsa rəqibin Cəbəllütariq olması?” sualını millimizin baş məşqçisi belə cavablandırıb: “Hər ikisini deyırdim. Sabah da iki matçımız var. Buna görə balanslı hərəkət etməliyik. Çalışmalıyıq ki, həm uşaqları qoruyaq, həm də onların fiziki durumunu nəzarətdə saxlayaq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31