8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Futzal

Vitali Borisov: “Ən yaxşı oyunumuzu keçirdik”

Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsində bu gün Yunanıstana uduzduqları görüş (2:3) haqqında danışıb.

Futbolxeber.az-ın məlumatına görə, mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında komandasının oyunundan razı qaldığını deyib:

“Qrup mərhələsində ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxıram, rəqib qapımıza doğru 4 zərbə endirib və onlardan 3-ü qol olub. Biz isə 26 zərbədən 2-ni tora qovuşdurduq. Rəqibi bütün göstəricilərdə üstələmişdik. Standart vəziyyətdən və “5-in 4-ə” mübarizə zamanı qollar buraxdıq. Problem realizə ilə bağlı idi. Demək olar, sırf hücumçu mövqeyində oynayan futzalçımız yoxdur. Bunu edəcək futzalçı Kənan Manafovdur, o da zədəsini yeni sağladıb, fiziki baxımdan tam hazır deyil. Buna görə də Kənanı “5-in 4-də” oynayanda meydana buraxdıq. Bunu üzərinə götürəcək oyunçumuz yoxdur”.

Qeyd edək ki, Yunanıstan yığması Azərbaycanla matçın başa çatmasına 4 saniyə qalmış qələbə qolunu vurmağı bacarıb. Millimiz 4 oyundan sonra turnir cədvəlində 2 xalla 3-cüdür.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31