Ölkə futbolu
“Karvan-Yevlax” üçün “Qəbələ” nümunəsi
Sabah Azərbaycan Premyer Liqasında 22-ci tura start veriləcək. Turun mərkəzi matçında son illərin dəyişməz çempionu “Qarabağ” hazırkı lider “Sabah”ı qəbul edəcək. Bu görüş çempionluq mübarizəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi kimi, şənbə günü baş tutacaq “Qəbələ” - “Karvan-Yevlax” görüşü də liqada qalmaq baxımından vacib əhəmiyyət daşıyır. Hazırda “Qəbələ” 15 xalla turnir cədvəlində 10-cu, Yevlax təmsilçisi isə 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. Atalar deyib ki, şər deməsən, xeyir gəlməz. Yevlaxlı azarkeşlər bizdən inciməsinlər, lakin bu matçda uduzacağı halda “Karvan-Yevlax” liqada qalmaq şansını bir qədər də çətinləşdirəcək. Düzdür, bu matçdan sonra mövsümün sonuna hələ 11 tur qalacaq və oynanılacaq 33 xal çox şeyi dəyişə bilər. Lakin bəzi reallıqları qəbul etmək lazımdır.
Bu gün “Karvan-Yevlax”ın heyəti açıq-aşkar Premyer Liqadakı bütün klublardan geri qalır. Mövsümün əvvəlində məşqçilər korpusunun səriştəsizliyi səbəbindən heyətə cəlb olunan legionerlərin əksəriyyətinin səviyyəsi heç də yerlilərdən seçilmir. Özü də komanda çempionatın startı ərəfəsində heyətinə 12 əcnəbi cəlb edib. Qaydalara əsasən isə növbəti legionerin transferi üçün Yevlax klubu 100 min manat əlavə rüsum ödəməlidir. Bu isə “Karvan-Yevlax” kimi aşağı büdcəli klubun imkanları daxilində deyil. Məhz bu səbəbdən də klubun hazırkı baş məşqçisi Füzuli Məmmədov qış fasiləsində heyəti yalnız yerli futbolçularla gücləndirmək məcburiyyətində qaldı. Aydın məsələdir ki, qış fasiləsində də yaxşı yerli futbolçu tapmaq çox çətin məsələdir. Üstəlik, 30 futbolçu limitindən 27-si istifadə edilib. Bu səbəbdən də Füzuli Məmmədov yanvarda heyətə yalnız I Liqadan 3 oyunçu götürə bildi. “Karvan-Yevlax”ın əvvəlki məşqçilər korpusunun aşağı səviyyəli legionerlərə “sevgisi” bir yana, hətta limitdən belə səhv istifadə edilib. İki yerli oyunçu Premyer Liqada iştirak üçün sifariş olunduqdan sonra başqa kluba icarəyə verilib. Uzun sözün qısası, Füzuli Məmmədovdan möcüzə gözləmək çətindir. Düzdür, 49 yaşlı mütəxəssis komandanı liqada saxlamaq üçün əlindən gələni edir. Onun gəlişindən sonra Yevlax klubunun oyununda müsbət məqamlar nəzərə çarpsa da, heyətin zəifliyi özünü göstərir. Əgər bir legioner iki metrdən boş qapıya topu göndərə bilmirsə (“Şamaxı” ilə ev oyununda olduğu kimi), baş məşqçi buna neyləsin?
Odur ki, “Karvan-Yevlax” Premyer Liqada qalmaq uğrunda mübarizəsini davam etdirməklə yanaşı, həm də indidən yeni mövsümün planlarını cızmalıdır. Məlum məsələdir ki, “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı Premyer Liqanın cari mövsümdəki iştirakçılarına da maddi baxımdan böyük xeyir verəcək. Digər klublar kimi, Yevlax təmsilçisi də təxminən 1.6 milyon manat gəlir əldə edəcək. Həmin pulu klublar yayda alacaqlar. Bu isə o deməkdir ki, hətta Premyer Liqa ilə vidalaşsa belə, gələn mövsüm “Karvan-Yevlax”ın büdcəsi minimum 2 milyon manat təşkil edəcək. Bu vəsaitdən düzgün istifadə olunsa, Yevlax klubunun yenidən Premyer Liqaya qayıtması problem olmamalıdır. Çünki I Liqanın digər klublarının büdcəsi bu rəqəmə yaxın belə düşə bilməz. Ortada “Qəbələ” nümunəsi var. “Qırmızı-qaralar” 2 il əvvəl Premyer Liqa ilə vidalaşsa da, klub rəhbərliyi baş məşqçi Kaxaber Sxadadze ilə yollarını ayırmadı. Bu qərar 1 ildən sonra “Qəbələ”nin Premyer Liqaya qayıtması ilə nəticələndi. Odur ki, Yevlax klubunun rəhbərliyi də bu yolla getsə, uduzmaz.
İlk növbədə “Qəbələ” kimi, “Karvan-Yevlax” da hazırkı baş məşqçi ilə yola davam edilməlidir. Daha əvvəl də qeyd etdiyimiz kimi, Füzuli Məmmədovun gəlişindən sonra komandada müsbətə doğru dəyişiklik nəzərə çarpsa da, heyətin zəifliyi lazımi nəticələrin qazanılmasına mane olur. 49 yaşlı mütəxəssis istədiyi kollektivi formalaşdırsa, bir illik fasilədən sonra Premyer Liqaya qayıtmaqla bağlı problem yaşamayacaq. Məlum məsələdir ki, tez-tez məşqçi dəyişmək fayda vermir. Həm də Premyer Liqada düşmək problem deyil, əsas məsələ yenidən ora qayıtmaqdır.
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:40
Dünya çempionatı: Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:20
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
10.10.2026
09.10.2026
08.10.2026
























