Ölkə futbolu
Premyer Liqa klubları kimi fəaliyyət göstərən “Dinamo”: “Kiçik maliyyə dəstəyi olarsa...”
“Düşünürəm ki, çempionatın sonunda hər şey istədiyimiz kimi olacaq, hər hansı radikal qərarlar qəbul etməyə ehtiyac qalmayacaq. Sadəcə, komandaya və məşqçi heyətinə inanmaq lazımdır. İnam varsa, istək varsa, xarakter ortaya qoymaqla uğur qazanmaq mümkündür. Həyatda qeyri-mümkün heç nə yoxdur. Əsas odur ki, özünə və komandana inanasan”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futbolinfo.az-a açıqlamasında II Liqada mübarizə aparan “Dinamo”nun prezidenti Yaşar Seyidov söyləyib.
Seyidov uzunmüddətli fasilədən sonra “Kür-Araz” üzərində qazandıqları 4:2 hesablı qələbədən danışıb: “Komandamızın qış fasiləsindən sonra “Kür-Araz” üzərindəki qələbəsi psixoloji baxımdan böyük əhəmiyyət daşıdı. Bu nəticə gələcək oyunlarımız üçün motivasiya olacaq. Gənc və təcrübəli futbolçuların birliyi, bir-birini başa düşməsi komandanın uğur qazanması üçün vacibdir. Bunun dönüş olub-olmadığını tam olaraq gələcək oyunlardan sonra biləcəyik”.
Prezident çempionata yaxşı hazırlaşdıqlarını, lakin əsas heyətin bir hissəsinin maliyyə çətinlikləri səbəbindən digər komandalarına keçdiyini də bildirib: “Çempionatın başlamasına bir gün qalmış əsas heyətin 7 futbolçusu bizdən ayrıldı. Qısa zamanda U-19 komandamızdan təcrübəsi az olan gəncləri əsas heyətə dəvət etdik. Onların komandaya uyğunlaşması üçün müəyyən vaxt lazım idi. Əgər 7 futbolcumuz qalsaydılar, bu gün “Dinamo” turnir cədvəlində daha yuxarı pillədə olmalı idi”.
Yaşar bəy çempionatın əvvəlində müdafiənin zəifliyinin komandanı çətinə saldığını, lakin hazırda vəziyyətin dəyişdiyini də vurğulayıb: “Qış fasiləsində komandamızdan 3 futbolçu – Əkbər Cəfərzadə, Aqşin Abdullayev və Məhəmməd Cəfərzadə – həqiqi hərbi xidmətə gedib. Onların əvəzinə U-19 komandamızdan Ruslan Hüseynov, Nicat Nəsirli, Xəzər Əmiraslanov, Rəsul Məmmədli və Rəfael Eyvazov əsas heyətə dəvət olunublar. Bu futbolçular həm U-19, həm də əsas komandamızda oynayırlar. Bu dəyişikliklərin nəticəsini bir neçə turdan sonra dəqiq biləcəyik. Düşünürəm ki, daha çevik və baxımlı futbol oynayan bir komanda görəcəyik. Çempionatın əvvəlində müdafiəmizin zəifliyi səbəbindən lazımsız qollar buraxmışdıq. Lakin artıq belə olacağını düşünmürəm. Çünki komandamıza dəvət etdiyimiz Raul Musayev və Əli Abbasov, həmçinin çempionatın əvvəlində komandadan ayrılmış Ziya Məmmədlinin geri qayıtması ilk turdakı qələbədə böyük rol oynadı”.
Seyidov komandanın gələcəyi üçün ciddi strategiyası olduğunu da vurğulayıb: “İllərin təcrübəli funksioneri kimi qeyd etməliyəm ki, komandamız II Liqada oynasa da, Premyer Liqa klubları kimi bütün yaş qrupları ilə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-10, 11, 12, 13, 14, 15, 16, 17 və U-19 Gənclər Liqasında iştirak edir. Hazırda Bakı və ətraf kənd-qəsəbələrdən 300-dək gənc akademiyamızda futbolun sirlərini öyrənir. Kiçik maliyyə dəstəyi olarsa, qısa zamanda böyük işlər görməyi hədəfləmişik. Əsas məqsədimiz ilk altılığa düşmək və bacardıqca turnir cədvəlində yuxarı pillədə olmaqdır. Müəyyən uğurlar qazanmaq üçün çalışacağıq. Düzdür, çətindir, amma inanıram ki, qarşıya qoyduğumuz işlərin öhdəsindən gələ biləcəyik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Gəncədə qalib aşkarlanmadı
- Millimiz FIFA reytinqində irəlilədi
- "Beşiktaş" Konyadan 3 xalla qayıtdı
- "Trabzonspor"dan tək qollu qələbə
- "Yuventus" ikinci hissədə coşdu
- "Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:08
"Arsenal" - "Borussiya" matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
CEV Çempionlar Liqası: "Turan" ilk oyununa çıxır
-
09:54
Ronaldodan 987-ci qolunu vurdu
-
09:31
"Real" ikinci hissədə coşdu VİDEO
-
09:17
II Liqada hakim təyinatları
-
09:00
"Qalatasaray" "Aston Villa"nı məğub etdi VİDEO
-
21:02
Andrey Arşavin Bakıya gəlib
-
20:38
Daha bir boksçumuz Avropa çempionu oldu
-
19:56
CAS Seneqalı çempion elan etdi
-
18:14
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
18:00
UEFA Regionlar Kuboku: "Zəngəzur" yenə darmadağın oldu
-
17:45
Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan növbəti məşqçi kursuna start verilib
-
16:33
“Turan Tovuz”dan paylaşım: “Bu oyun əzəli rəqiblərin, əbədi dostların görüşüdür!” VİDEO
-
15:59
Güləşçimiz üç il müddətinə cəzalandırılıb
-
15:27
İngilis müdafiəçi “Mançester Yunayted”in hədəfində
-
14:41
I Liqada hakim təyinatları
-
14:02
Qarabağa səfər, tarixi şəhərdə futbol günü VİDEO
-
13:38
Murad Məmmədov Konfrans Liqasına sifariş edildi
-
13:16
Qərb derbisinin biletləri satışda
-
12:54
Karyerasını “Arsenal”da davam etdirmək istəyir
-
11:45
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
-
11:00
Andrey Ştoqrin: “Lider olmağımız bizi daha da motivasiya edir”
-
10:39
"Fiorentina"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:17
İlin ən yaxşı gənc oyunçusu oldu
-
09:51
"Başakşehir"dən möhtəşəm geridönüş VİDEO
-
23:32
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
23:14
Cüdo Federasiyası imtahan keçirib
-
23:00
"Zirə" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı FOTOLENT
-
18:29
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
-
17:58
II Liqada 2 oyunda 5 qol
-
17:13
Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
-
16:35
Azərbaycan millisinə 27 futbolçu çağırıldı
-
16:07
Elvin Bədəlov: “Əsas “Neftçi”nin qələbəsidir”
-
15:41
“Kəpəz”in futbolçusu 100-ə çatdı
-
14:54
Avro-2028-in əsas favoriti açıqlandı
-
14:22
“Sumqayıt” Murata ilə vidalaşdı
-
14:00
Mamadu Kane: “Neftçi” əvvəl də güclü idi, indi də”
-
13:36
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb
-
13:19
"Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol VİDEO
-
12:48
Füzuli Məmmədov: “Bütün fikrimlə, ürəyimlə “Şahdağ”dayam”
-
12:23
Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb
-
12:05
Azərbaycan Premyer Liqası: cari mövsümdə ilk
-
11:51
Volkov üçün yubiley qolu
-
11:37
İki boksçumuz U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
-
11:14
"Beşiktaş" Konyadan 3 xalla qayıtdı VİDEO
-
11:00
Qustavo Klisman: “Açığı, zərbə vurmurdum, asma edirdim”
-
10:42
"Trabzonspor"dan tək qollu qələbə VİDEO
-
10:29
Toral yenə əsas heyətə düşə bilmədi
25.11.2026
24.11.2026
23.11.2026
























