25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

Eddi Hau: "2:0-dan sonra "Qarabağ"ın müdafiəsini yarmaq çətin idi"

"1/8 final mərhələsinə yüksəlmək bizim üçün tarixi bir nailiyyətdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Nyukasl"ı baş məşqçisi Eddi Hau Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab görüşündən sonra təşkil olunan mətbuat konfransında deyib.

Ağdam təmsilçisi oyunda 2:3 hesabı ilə uduzub. Bu komandalar arasında ilk matçda da "Nyukasl" qələbə qazanmışdı (6:1). Beləliklə, İngiltərə təmsilçisi 1/8 finala adlayıb, ÇL-də uğurlu mövsüm keçirən "Qarabağ" isə turnirlə vidalaşıb.

E.Hau cavab qarşılaşmasında kiayət qədər yaxşı oynaya bilmədiklərini etiraf edib: "Bu matçın o qədər də yaxşı olduğunu düşünmürəm. Yəqin ki, əsas problemimiz matçın əvvəlində hesabı 2:0 etməyimiz oldu. Daha çox qol vurmaq üçün lazım olan istəyi göstərə bilmədik. İkinci hissədə isə oyun daha açıq keçdi, hər iki komanda tez-tez hücumlara atılırdı. Hesabda 2:0 öndə olduqdan sonra rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir. 1/8 finalda rəqibin kimiliyindən asılı olmayaraq hər şeyimizi ortaya qoyacaq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31