Ölkə futbolu
“Bolt” ləqəbim "Qarabağ"da mövzu oldu"
“Qarabağ”ın futbolçusu Daniel Lima de Kastro (Dani Bolt) Braziliyanın nüfizlu "Ge" nəşrinə müsahibə verib. Müsahibə ondan UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la cavab oyunundan öncə götürülüb.
Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı braziliyalı müdafiəçi deyir ki, “Qarabağ” fərqi kollektivdir: "Çox güclü və çox təvazökar bir komandamız var. Qaçmaq lazım olanda qaçırıq, müdafiə olunmalı olanda müdafiə olunuruq. Bu nəticədə hər şeydən bir az var. Hər gün 1 faiz daha yaxşı olmaq kimi böyük inkişaf var. Bir oyunu udursan, özünə inam artır, sonra daha bir oyunu... Futbolda belədir: uğurun konkret formulu yoxdur. Şükürlər olsun ki, bizdə alınır".
Müsahibənin müəllifi Por Isabela Reis qeyd edir ki, Dani “Fluminense” akademiyasının yetirməsidir və “Bolt” ləqəbi də məhz orada yaranıb. Bu ad onun sürətinə görə olimpiya çempionu sprinter Usein Bolta ithaf kimi verilib və gənclik illərindən onu müşayiət edir. Azərbaycana gəldikdə isə ləqəb klubun təqdimatında xüsusi diqqət çəkib və maraq doğurub. Dani bununla bağlı da danışıb.
“Bolt” ləqəbi burada mövzu oldu, bir çox insan mənə bu barədə sual verdi. Konteksti izah etdim, bunun sürətimlə bağlı olduğunu dedim, hətta onlar üçün tərcümə də etdim. Amma mənim üçün fərqi yoxdur, istəsələr sadəcə Daniel, istəsələr də Bolt deyə bilərlər" deyə o, zarafatla bildirib.
O, ötən ilin iyulunda Portuqaliyanın II Liqa təmsilçisi “Torreense”də bir ildən bir qədər çox çıxış etdikdən sonra “Qarabağ”a transfer olunub. Braziliyada isə “Fluminense” və “Atletiko-PR”ın aşağı yaş qruplarında oynayıb, “Vitoria” və “Juventude” ilə peşəkar turnirlərdə iştirak edib. 2023-cü ildə “Juventude”nin A Seriyasına yüksələn heyətində də yer alıb.
Müsahibə müəllifi həmçinin qeyd edir ki, yeni komandaya keçid Dani üçün tam fərqli bir mühit açıb. İlk növbədə Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan kimi ölkəni tanımaq imkanı qazanıb. Bundan əlavə, “Qarabağ”ın özünəməxsus xüsusiyyəti var: klub müharibə səbəbilə köçkün statusu (keçmiş köçkün – red.) daşıyır. Ağdam şəhərində yaranan klub 1993-cü ildən Ermənistanla ərazi münaqişəsi səbəbindən paytaxt Bakıdakı bazada fəaliyyət göstərir.
2028-ci ilin iyununa qədər klubla müqaviləsi olan Dani deyir ki, “Qarabağ”da ailəsinin qarşılanması çox səmimi olub və bu da uyğunlaşma prosesini asanlaşdırıb: "Burada mədəniyyət Braziliyadan çox fərqlidir, amma xarici futbolçu kimi təcrübəm çox yaxşıdır. Klubda çox müsbət mühit var, insanlar çox qonaqpərvər və yardımsevərdir. Ölkə çox gözəl, işıqlıdır. Təcrübə mənim üçün çox müsbətdir".
“Qarabağ” Dani Bolta karyerasında ilk dəfə Çempionlar Liqasında çıxış etmək imkanı da yaradıb ki, bu da onun sözlərinə görə, “reallaşan böyük bir arzu”dur və komanda üçün də önəmli dövrə təsadüf edir. Komanda hazırda tarixi yüksəliş yaşayır və son 12 mövsümün hamısında UEFA turnirlərinin qrup mərhələlərinin birində çıxış edib.
Bu, “Qarabağ”ın Çempionlar Liqasındakı ikinci iştirakı olsa da, artıq ciddi nailiyyətlərlə yadda qalıb: təcrübəli “Benfika”nı 3:2 hesabı ilə məğlub edib, “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib və “Marsel”, “Napoli” və “Vilyarreal” kimi nəhəngləri qabaqlayaraq pley-offa vəsiqə qazanıb.
"Bu, hədəflərin reallaşması hissidir. Hər bir gənc futbolçu karyerasına başlayanda ilk arzularından biri Çempionlar Liqasında oynamaq olur . Bu, dünyanın ən əsas klub turniridir. Əlbəttə, bu səviyyəyə çatmaqla kifayətlənmirik, həmişə daha artığını istəyirik. Amma böyük komandalar və futbolçulara qarşı belə bir turnirdə oynadığım üçün böyük minnətdarlıq hissi keçirirəm" - deyə Bolt bildirib.
Yol ümidverici olsa da, 1/8 finala aparan pley-off mərhələsi uğurlu başlamayıb. “Qarabağ” ev oyununda ötən həftə “Nyukasl”a məğlub olub. Həmin görüşdə Entoni Qordon dörd qol vurub, Tiau və Mörfi də fərqlənib. Dani Boltun komandasında yeganə qolu isə Elvin Cəfərquliyev vurub.
Bu gün “Qarabağ” turnirlə vidalaşmamaq üçün beş topdan artıq fərqlə qalib gəlməli və ya ümumi hesabı bərabərləşdirərək oyunu penaltilərə aparmalıdır. Çətin tapşırıq olsa da, müdafiəçi məsələyə rasional yanaşmağın tərəfdarıdır.
"Bunun çox çətin sınaq olacağını bilirdik. Dünyanın ən güclü çempionatlarından birində oynayan böyük komandaya qarşı. Amma gözləntilərimiz müsbətdir. Tək futbolda yox, həyatda da nəyi idarə edə biliriksə, ona fokuslanmalıyıq. Bizim edə biləcəyimiz şey 90 dəqiqə ərzində ən yaxşı oyunumuzu göstərməkdir. Nə olacaqsa, olacaq. Daha yaxşı oynayan mərhələ adlayacaq" - deyə o qeyd edib (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- “Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
-
14:58
"İmişli" 1 ay əvvəl transfer etdiyi futbolçu ilə yolları ayırdı
-
14:00
Qurban Qurbanov: “Təhlükə bizim hesabda öndə olmağımızdır”
-
13:13
“Sabah” artıq 20 milyon avrodan çox qazanıb
-
12:39
"Neftçi" Kurçi ilə yollarını ayırdı
-
12:26
Kişi boksçulardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışı keçəcək
-
11:42
"Karvan-Yevlax"dan növbəti transfer
-
11:05
Prezident İlham Əliyev "Sabah"ı təbrik etdi
-
10:54
Millimizin sabiq baş məşqçisi işsiz qaldı
-
10:31
Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoydu
-
10:17
"Gəncə" amerikalı basketbolçunu heyətinə cəlb edib
-
10:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
23:21
“Sabah” ÇL-in Liqa mərhələsində!
-
20:57
“Turan Tovuz” azarkeşlərindən Rəhim Həsənova etiraz: #baximvariniza FOTOLENT
-
20:22
"Sabah" - "Hapoel": Heyətlər açıqlandı
-
19:38
I Liqada 2 turun oyun cədvəli açıqlandı
-
18:16
Yeniyetmə stolüstü tennisçilər Şəkidə təlim-məşq toplanışında
-
17:54
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
17:21
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq millilərimizin heyəti
-
16:43
Azərbaycanın iki ağırlıqqaldıranı Avropa birinciliyində 5-ci və 6-cı yeri tutub
-
16:30
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
-
16:15
Valentin Buliçev Bakıda məşqçilərlə növbəti görüş keçirib
-
15:59
Badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
-
15:27
"Xankəndi" də legioner transfer etdi
-
15:02
"Qarabağ"dan zədəlilərlə bağlı açıqlama: "Əməliyyat olunacaq"
-
14:48
Üzgüçülük Federasiyası beynəlxalq eksperti əməkdaşlığa cəlb edib
-
14:36
Cüdo millimiz Vətənə iki medalla qayıdıb
-
14:14
AMADA əməkdaşının həmmüəllifi olduğu kitab fəsli nüfuzlu “Springer” elmi nəşrində çap olunub
-
13:51
Hondanın yeni klubu bilindi
-
13:24
Roi Kehat: “Hapoel”in “Sabah”ı keçmək şansı 60 faizdir”
-
13:03
"Gəncə" iki voleybolçu ilə müqavilə bağlayıb
-
12:35
“Sabah”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
-
12:19
Ozobiçin yeni klubu bilindi
-
12:00
“Qarabağ” - “Tvente”: Stadionun kassalarında bilet satışı oyuna 1 saat qalmış dayandırılacaq
-
11:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:28
"Neftçi"nin 90 illiyidir, çempion olmaq istəyirik"
-
11:17
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə
-
10:56
"Roma"dan darmadağın VİDEO
-
10:34
“Sabah” - “Hapoel” oyununa 27 ölkədən bilet alınıb
-
10:21
"Çelsi" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:03
“Traktor” itkisiz irəliləyir
-
09:45
"Latsio"dan səfər qələbəsi VİDEO
-
23:39
“Səbail” Boluda son yoxlama oyununu keçirib
-
23:12
"Qarabağ" "Tvente" ilə oyuna hazırlaşır FOTOLENT
-
21:58
Şeydayev oynadı, komandası qalib gəldi
-
21:25
“Şahdağ-Qusar” rəqibini darmadağın etdi
-
20:00
Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
-
19:41
“Karvan-Yevlax” portuqaliyalı futbolçu transfer etdi
-
18:17
Maradonanın DÇ-1986-da əllə qol vurduğu top 3,35 milyon dollara satıldı
-
17:56
Embolo ABŞ klubunda
-
17:33
Sıqankov "Ayaks"a keçir
26.08.2026
25.08.2026
24.08.2026
























