11 Oktyabr 2026, Bazar günü
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Bu dəfə minimal məğlubiyyət

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağı olub. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Bakıda keçirilən ilk görüşdə ingilislər 6:1 hesabı ilə qalib gəlmişdi. Beləliklə, "Nyukasl" 9:3 hesablı üstünlüklə 1/8 finala yüksəlib. Qurban Qurbanovun komandası isə turnirlə vidalaşıb.

Qeyd edək ki, "Nyukasl" 1/8 finalda "Çelsi" və ya "Barselona" ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Pley-off, cavab görüşü

25 fevral

“Nyukasl” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 3:2

Qollar: Sandro Tonali, 5 (1:0), Joelinton, 6 (2:0), Kamilo Duran, 51 (2:1), Sven Botman, 52 (3:1), Elvin Cəfərquliyev, 58 (3:2)

Baş hakim: Davide Massa (İtaliya)

Nyukasl, “St. Ceyms Park”

İlk oyun - 6:1








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31