Ölkə futbolu
AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
2008-ci ildə yaradılan Peşəkar Futbol Liqası (PFL) ilə AFFA arasında münasibətlər ilk gündən soyuq olub. Qurumun prezidenti Ramin Musayevlə assosiasiyanın o zamankı baş katibi Elxan Məmmədovun bir-birilərindən ötrü ürəkləri getmirdi. Lakin tərəflər loru dildə desək, bir-birilərini yola verirdilər. Çünki Musayev başa düşürdü ki, Məmmədova güc gəlmək onun gücü daxilində deyil. Məmmədov da anlayırdı ki, Musayev AFFA prezidenti Rövnəq Abdullayevə mərhum qardaşının əmanətidir. Əlini onun üstündən çəkən deyil. Ona görə də pis-yaxşı yola gedirdilər.
İllər bir-birini əvəz etdi, Musayev PFL-dən, Məmmədov da AFFA-dan getdi. Peşəkar Futbol Liqasının yeni prezidenti Elxan Səmədov oldu, assosiasiyada da rəhbərlik dəyişdi.
Səmədov vəzifəyə gəldiyi ilk gündən futbol ictimaiyyətinin əksəriyyətinin simpatiyasını qazandı. İdman jurnalistikasından çıxanların PFL-də irəli çəkilməsi, Aslan Şahgəldiyevin vitse-prezident, Elgiz Abbasovun texniki-idman direktoru, Sənan Abdullayevin media və marketinq direktoru təyin edilməsi bu quruma olan simpatiyanı birə beş artırdı. PFL-ə olan bu sevgi istər-istəməz AFFA-da qısqanclıq yaratmağa başladı. Hətta deyərdik ki, qısa zaman kəsiyində bu qısqanclıq nifrətə çevrilməyə başladı. Ötən il PFL yarandığı ilk gündən məskunlaşdığı AFFA-nın binasından çıxmağa məcbur oldu. Düzdür, qurumdan verilən açıqlamada bu, “PFL-in bayrağı altında keçirilən yarışların artması, avtomatik olaraq qurumun əlavə əməkdaşlara ehtiyac duyulması” ilə izah edilsə də, əbəs yerə deməyiblər ki, od olmayan yerdən tüstü çıxmaz.
Əslində, AFFA-nın qısqanclığını da müəyyən qədər başa düşmək olar. Assosiasiyanın baş katibi Cahangir Fərəcullayev böyük ehtimalla, özlüyündə düşünür ki, “mətbuata PFL-dən 10-15 qat çox pul xərcləyirik. Gəl ki, onlardan hamı razılıq edir, daim tərifləyirlər, AFFA-nı isə əməkdaşlıq xatirinə xala-xətrin qalmasın deyə yola verirlər”. Belədə AFFA PFL-i qısqanmasın, neyləsin? Lakin anlamadıqları bir şey var ki, maddiyyat önəmli olsa da, hər şey demək deyil. Pula xatir nələrəsə göz yummaq olar, lakin ürəyə yol tapmaq pulla alınan məsələ deyil. Pulla olsaydı, bu dəqiqə “Sabah” ölkənin ən sevilən klubu olardı...
Sözü çox uzatmayaq, keçək əsas məsələyə. AFFA-nın məqsədi PFL-i sıradan çıxarmaq, daha da konkretləşdirsək, qurumu ləğv etməkdir. Əslində, deyilənlərə inansaq, bu ideya daha əvvəldən mövcud olub. Lakin 2023-cü ildə PFL əməkdaşlarının Ağdam-Xankəndi yolunda ağır qəzaya uğraması bu planı təxirə saldı.
AFFA-nın gözlədiyi məqam isə artıq yetişmək üzrədir. Elxan Səmədov 2022-ci ilin 29 iyulunda PFL prezidenti seçilib. Onun səlahiyyət müddəti bu yay başa çatır. Gəzən söhbətlərə görə, AFFA-nın planı məhz Səmədovun vəzifə müddəti başa çatdıqdan sonra PFL-i ləğv etmək, ən yaxşı halda bu təşkilatı əvvəlki kimi “bir otaqdan ibarət qurum”a çevirməkdir. Necə ki, PFL yaranana qədər AFFA-da yarışların keçirilməsi və təşkili departamenti var idi. Məlik Həsənovun rəhbərlik etdiyi departament 2-3 əməkdaşdan ibarət idi. İndi AFFA da PFL-i məhz buna bənzər qurumla əvəzləməyi planlaşdırır. Son zamanlar PFL-ə qarşı hücumlar da məhz buna hesablanıb...
Assosiasiyada düşünürlər ki, PFL olmasa da, bu qurumun keçirdiyi yarışları təşkil etmək mümkündür. Lakin AFFA-ya heç cür haqq qazandırmaq olmur. Çünki assosiasiyanın coğrafi cəhətdən ən böyük yarış olan “Region Liqası”nı hansı vəziyyətə saldığı göz önündədir. Yaxud AFFA İntizam Komitəsinin hər iclasında aşağı yaş qrupları üzrə neçə oyuna görə texniki məğlubiyyətlər verilir? Bütün bunlar hazırkı AFFA-nın təşkilatçılıq baxımından səriştəsizliyinin göstəricisidir.
Biz iddia etmirik ki, PFL ideal qurumdur. Burada da müəyyən çatışmazlıqlar var. Ola bilər, burada da kiminsə ürəyində “Qarabağ”a, “Zirə”yə, yaxud başqa bir kluba simpatiya mövcuddur. Lakin istənilən halda medianın da, futbol ictimaiyyətinin də, azarkeşlərin də yekdil fikri budur ki, PFL bu gün Azərbaycan futboluna AFFA-dan daha çox xeyir verir. Ola bilər ki, assosiasiyanın baş katibi Cahangir Fərəcullayev bu sahədə yenidir deyə, bunu bilmir. O da mümkündür ki, bəziləri nəyəsə xatir bunu dilə gətirməkdən çəkinir. Amma əminliklə demək olar ki, bu gün Azərbaycan futbolunun PFL-ə ehtiyacı var. Bu qurumun ləğvi çox böyük fəsadlara gətirib çıxara bilər. İş təkcə pulda deyil, Cahangir bəy, əsas komandadır, komanda...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:40
Dünya çempionatı: Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:20
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
10.10.2026
09.10.2026
08.10.2026
























