26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Neftçi”də 9 nömrə əbədiləşdirildi

"Neftçi" klubu Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin 80 illik yubileyi ərəfəsində tarixi qərar qəbul edib. Paytaxt təmsilçisi unudulmaz hücumçunun geyindiyi 9 nömrəli formanı əbədiləşdirib.

Futbolxeber.az saytının məlumatına görə, klubun yaydığı açıqlamada formanın əhəmiyyəti xüsusi vurğulanıb:

"O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, “Neftçi” adını yüksəklərə daşıdı. Bundan sonra da “Neftçi”nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq".

"Ağ-qaralar" bu qərarın 2026/27 mövsümündən etibarən qüvvəyə minəcəyini bəyan edib:

"Neftçi" Peşəkar Futbol Klubunun qərarı ilə, 2026/27 mövsümündən etibarən komandanın 9 nömrəli forması fevralın 23-də anadan olmasından 80 il ötən unudulmaz Anatoli Banişevskinin xatirəsinə əbədiləşdirilir. Bu, fəaliyyətdə olduğu 89 il ərzində Azərbaycan futbolunu hər zaman irəli aparmış “Neftçi”yə, onun şanlı tarixinə, formasını geymiş yüzlərlə futbolçuya əfsanəvi Anatoli Banişevskinin simasında sərgilədiyimiz hörmətdir".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31