Ölkə futbolu
Qurban Qurbanov: “Psixoloji zərbə alsaq da, hazırlığımız pis deyil”
"Əlbəttə ki, qarşılaşma haqda danışmaq asan deyil. İlk matçdakı nəticəyə görə belədir. Hər halda, üzərimizə düşən vəzifədir, oyun haqda fikirlərimizi bölüşməliyik".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.
O, matça hazırlaşmaq üçün vaxtlarının olduğunu bildirib: "Bir neçə gün vaxtımız oldu ki, oyunu təhlil edək. Deyiləcək çox fikir yoxdur. Bəli, ilk görüşdə rəqib bizi üstələdi. Cavab oyununda daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki gedəcəyimiz yol uzundur, rəqib doğma meydanda oynayır. Ümumən pis hazırlaşmadıq. Psixoloji zərbə alsaq da, ümumi hazırlığımız pis deyil. Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək".
Q.Qurbanov "Nyukasl"la ilk oyunun 2-ci hissəsində olduğu kimi beşli müdafiə sistemi ilə oynamaq fikriniz varmı və gələcəkdə də bu üsuldan istifadə edəcəksinizmi" sualını belə cavablandırıb: "Hazırda gələcəkdə bu sistemlə oynamaqla bağlı fikrim yoxdur. Etdiyimizi daha da yaxşılaşdırmaq istəyirik. Sadəcə bu matçda rəqib çox hazırlıqlı idi, bəlkə də ən hazırlıqlı oyunlarından biri idi. Bir neçə tur əvvəl düşünə bilərdik ki, idman performansında geriləmə var, amma onlar çox yaxşı forma yığmışdılar. Onların düşündükləri hər şey alındı. Biz isə ilk dəqiqələrdə qollar buraxdıq, komanda nokauta düşdü, birinci hissədə özümüzə gələ bilmədik. Fasilədə paltardəyişmə otağında danışdıq, bəlkə daha sərbəst və daha diqqətli oldular. Belə sistemə nadir hallarda əl atmışam. Hansısa oyunlarda bu mümkündür. Biz bir addım irəli getdikcə, rəqiblərin ciddiliyi, səviyyəsi daha da böyüyür. Ümumən 5-4-1 sistemi məni cəlb edən sistemlərdən biridir.
Qurbanov səfər oyununun açıq məşq və mətbuat konfransının Bakıda olmasına da aydınlıq gətirib: "Belə hallar bizdə olub. Bərpa üçün daha çox vaxt lazım idi. Buradakı hazırlıq mənim üçün daha önəmli idi. İki gün əvvəl getsəydik, məqş planımız daha çox pozulurdu. 7 saat havada olacaqdıq, 11-12 saat yolda olacaqdıq, əlavə yüklənmə olardı. Düşündük ki, ən azından hazırlığımız normal olsun. Ona görə belə proqram tutduq. Sabah səhər Nyukaslda məşqimiz olacaq. Oyunda daha aktiv olmaq üçün bu addımı atdıq".
"Qarabağ"ın çalışdırıcısı Bəhlul Mustafazadənin zədəli olması fonunda mərkəz müdafiəsində yaranan çətinliklər və bu mövqedə çıxış edən Sami Mmaenin əvəzedici heyətə göndərilməsindən də danışıb: "Ola bilər ki, düşündüyümüzü ala bilmədik. Amma hər bir halda, başqa variantlar axtarmışıq, onlar üzərində dayanaycağıq. Hazır olanları meydanda görə biləcəyik Mmae idman və intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda, təcrübəmizdə belə olub".
Baş məşqçi Toral Bayramovun "Nyukasl"la Bakıdakı matçda gülməsi ilə bağlı da fikrini bildirib: "Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Hansısa xırdalıqlara getməyə ehtiyac yoxdur. Kimə hansı qayadada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib".
Qurbanov "Neftçi" ilə matçın təxirə salınmasının "Nyukasl"la oyunun fonunda yenidən gündəmə gəlməsi ilə bağlı da danışıb: "İndi müzakirə olunası məsələ deyil. Bizim rəhbərlik adından "Neftçi"yə təşəkkür edildi. İkinci xahişimizdən sonra qərar verildi. "Neftçi"yə bir daha təşəkkür edirəm. Bizim qrafikimiz çox sıx idi. İstəyirdik ki, "Nyukasl"la oyuna yaxşı hazırlaşaq. Əsasən də, iki oyun arasında cəmi 2 gün vaxtımız var. Səfərdəki görüşü, yolu düşünərək bu addımı atdıq ki, futbolçular hamısı hazır olsunlar. Bizi başa düşmək lazımdır. Tək "Qarabağ" yox, başqası olsun, illərcə baş verib. Bu gün də bunun tərəfdarıyıq. Bizim hazırkı hazırlığımız onlarla yan-yana qoyulası deyil. "Nyukasl" illərdir bu rejimdə oynayır, uyğunlaşıb. Çox xırdalığa getsək, çox danışmaq olar. Müqayisəolunmazdır. İlin əvvəlindən deyirlər ki, pley-off matçlarında qarşı tərəf razı olarsa, oyun təxirə salınacaq. "Neftçi" yox desəydi, yenə işimizi görəcəkdik, sağ ol deyəcəkdik. O qədər problemlərimiz var ki, bu, müzakirə olunası problem deyil. Biz bir-birimizə meydanda rəqibik. Amma "Neftçi" rəhbərliyi və ya digərləri ilə münasibət yaxşıdır, bir-birimizi daha tez və yaxşı anlamışıq. Çox da müzakirə olunası mövzu deyil. Təşəkkür edirəm ki, "Neftçi" buna razılıq verdi".
Qurbanov "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında Qubadakı qapıların normadan 11 sm yüksək olduğunu deməsinə də münasibət bidirib: "Ayxan maraqlı açıqlama verib. Mən meydançanı demişdim, Ayxan qapıları deyib (gülür). "No comment", fikir bildirməyəcəm".
Qurbanov deyib ki, zədədən sonra Bəhlul Mustafazadənin psixoloji durumu yaxşı deyil: "Çox üzgündür. Tək Bəhlul yox, hamımız üzgünük. Amma zədə qaçılmazdır. O, yaxşı mövsüm keçirib, gözlənilən idi ki, hansısa məqamda futbolçu yorulur. Belə hallar olur".
Mütəxəssis növbəti mövsüm üçün hər mövqeyə oyunçu lazım olduğunu bildirib: "Transfer etmək istəyirik. Həm komandada oyunçunu sayını artırmaq, həm də keyfiyyəti yaxşılaşdırmaq istəyirik. Ən azından əldə etdiyimizi saxlamaq istəyiriksə, Premyer Liqada liderlər sırasında olmalıyıq".
O, "Nyukasl"la cütün taleyinin böyük ölçüdə həll olunmasına baxmayaraq, hazırda "Sabah"la oyuna yox, məhz "Nyukasl"la cavab matçına kökləndiklərini deyib: "İnanın ki, fikrimdə "Nyukasl"la görüşdür. "Sabah"la oyun barədə düşünmürük. Böyük turnirdir. Reallığa baxsaq, oradakı matçda yaxşı nəticə əldə etməyimiz real görünmür. Amma biz bu turnirdən həzz almalıyıq, futbolçular bu turnirdə böyüyürlər, böyük məğlubiyyətlər həmişə idmançını möhkəm edir. Bu cür böyük komandalara qarşı, belə tribunlarda oynamaq özü ayrıca məsuliyyətdir. Bu gün var İngiltərə Premyer Liqası və Avropa futbolu. Bu liqa digələrindən fərqlənir. İngiltərə klubları digərlərindən bir baş yuxarıdır. Onların hazırda futbola yatırdığı məbləğlər, infrastrukturları digərlərini üstələyir. Buna görə hara getdiyimizi bilirik. Burada uduzsaq da, futbolçularımdan cəsarət istəmişəm. Biz mütləq cəsarətli olmalıyıq. Bugünkü uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik, qorxmamışıq. Bu da bəzən uğurlar əldə etməyə şərait yaradır. İndi fikrimiz "Nyukasl"la səfər görüşündədir. Oyunun gedişatına görə addımlar atacağıq. Bakıya döndükdən sonra çempionatı düşünmək üçün vaxtımız olacaq".
Q.Qurbanov "Qarabağ"ın bumövsümkü uğurlu çıxışına görə komandadan tələblərin artacağını da deyib: "Tamamilə doğrudur. Əgər bir insan, kollektiv müəyyən səviyyəyə qalxıbsa, ən asanıdır. Orada qalmaq çətindir. Məsuliyyətimiz, tələblər artır, gözləntilər çoxalır. Bu oyunlarda hiss edirik. Yaxşı qələbələrimiz oldu. Nəticələr baxsaq, 10 xal əldə etdik. ÇL kimi böyük turnirdə 10 xal əldə etmək, böyük uğurdur. Hansısa oyunda uduzurduq, həmən neqativ fikirlər dolaşırdı. Biz gözləntiləri hiss edirdik. Qaçılmazdır. Buna görə futbol çox sevilir, dünyada yəqin ki, 1 nömrəli müzakirə mövzusudu futboldur.Dayanmaq olmaz. Həmişə önə pozitiv baxmalıyıq ki, minimum əldə etdiyimizi qoruyub-saxlayaq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Avro-2028: Millimiz 5-ci səbətdə
- Gəncədə qalib aşkarlanmadı
- Millimiz FIFA reytinqində irəlilədi
- "Beşiktaş" Konyadan 3 xalla qayıtdı
- "Trabzonspor"dan tək qollu qələbə
- "Yuventus" ikinci hissədə coşdu
- "Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:08
"Arsenal" - "Borussiya" matçında qalib aşkarlanmadı VİDEO
-
10:00
CEV Çempionlar Liqası: "Turan" ilk oyununa çıxır
-
09:54
Ronaldodan 987-ci qolunu vurdu
-
09:31
"Real" ikinci hissədə coşdu VİDEO
-
09:17
II Liqada hakim təyinatları
-
09:00
"Qalatasaray" "Aston Villa"nı məğub etdi VİDEO
-
21:02
Andrey Arşavin Bakıya gəlib
-
20:38
Daha bir boksçumuz Avropa çempionu oldu
-
19:56
CAS Seneqalı çempion elan etdi
-
18:14
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
18:00
UEFA Regionlar Kuboku: "Zəngəzur" yenə darmadağın oldu
-
17:45
Bakı Futbol Federasiyası tərəfindən təşkil olunan növbəti məşqçi kursuna start verilib
-
16:33
“Turan Tovuz”dan paylaşım: “Bu oyun əzəli rəqiblərin, əbədi dostların görüşüdür!” VİDEO
-
15:59
Güləşçimiz üç il müddətinə cəzalandırılıb
-
15:27
İngilis müdafiəçi “Mançester Yunayted”in hədəfində
-
14:41
I Liqada hakim təyinatları
-
14:02
Qarabağa səfər, tarixi şəhərdə futbol günü VİDEO
-
13:38
Murad Məmmədov Konfrans Liqasına sifariş edildi
-
13:16
Qərb derbisinin biletləri satışda
-
12:54
Karyerasını “Arsenal”da davam etdirmək istəyir
-
11:45
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:23
Azərbaycan Cüdo Federasiyası yeni imic filmini təqdim edib
-
11:00
Andrey Ştoqrin: “Lider olmağımız bizi daha da motivasiya edir”
-
10:39
"Fiorentina"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:17
İlin ən yaxşı gənc oyunçusu oldu
-
09:51
"Başakşehir"dən möhtəşəm geridönüş VİDEO
-
23:32
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
23:14
Cüdo Federasiyası imtahan keçirib
-
23:00
"Zirə" "Neftçi" ilə oyunun hazırlıqlarına başladı FOTOLENT
-
18:29
Bakıda yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışı start götürüb
-
17:58
II Liqada 2 oyunda 5 qol
-
17:13
Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb
-
16:35
Azərbaycan millisinə 27 futbolçu çağırıldı
-
16:07
Elvin Bədəlov: “Əsas “Neftçi”nin qələbəsidir”
-
15:41
“Kəpəz”in futbolçusu 100-ə çatdı
-
14:54
Avro-2028-in əsas favoriti açıqlandı
-
14:22
“Sumqayıt” Murata ilə vidalaşdı
-
14:00
Mamadu Kane: “Neftçi” əvvəl də güclü idi, indi də”
-
13:36
Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb
-
13:19
"Liverpul"dan "Mançester Yunayted"ə 4 cavabsız qol VİDEO
-
12:48
Füzuli Məmmədov: “Bütün fikrimlə, ürəyimlə “Şahdağ”dayam”
-
12:23
Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb
-
12:05
Azərbaycan Premyer Liqası: cari mövsümdə ilk
-
11:51
Volkov üçün yubiley qolu
-
11:37
İki boksçumuz U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
-
11:14
"Beşiktaş" Konyadan 3 xalla qayıtdı VİDEO
-
11:00
Qustavo Klisman: “Açığı, zərbə vurmurdum, asma edirdim”
-
10:42
"Trabzonspor"dan tək qollu qələbə VİDEO
-
10:29
Toral yenə əsas heyətə düşə bilmədi
25.11.2026
24.11.2026
23.11.2026
























