10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

"Qarabağ"ın oyununa görə Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

Sabah "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə işləyəcək.

Futbolxeber.az saytına bu barədə səhmdar cəmiyyətdən bildirilib.

Məlumata əsasən, qurum “Qarabağ” Futbol Klubu və Şimali Makedoniya təmsilçisi “Şkendiya” arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.

"Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək. Sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişi üçün xüsusi növbətçilik cədvəli tərtib olunacaq, stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq, sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək", - məlumatda qeyd olunub.

Qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31