Ölkə futbolu
Ayxan Abbasov: “Onlar cümə və şənbə günü Şamaxıda oynasalar, onda biz gərək iki gün məşq etməyək”
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov dünən “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Son yoxlama oyununda “Zirə”yə qalib gəldiniz. Görüşlə bağlı fikirləriniz necədir?
- Hazırlıq prosesimizin son oyunu idi. Bilirsiniz ki, planda bir qədər dəyişiklik oldu. Son yoxlama görüşünü evdə oynamq istəyirdik. Lakin məcburi dəyişiklik etməli olduq. “Zirə”yə təşəkkür edirəm ki, təklifimizi qəbul etdi. Gənclər, yeni oyunçular var, yeni komandayıq. Oyun bizim üçün pis keçmədi. Zədəlimiz olmadı. Düşünürəm ki, zamanla komandamız daha yaxşı vəziyyətdə olacaq.
- Yeni mövsümdə “Şamaxı”nın hədəfi nə olacaq? Hazırkı heyət məqsədə çatmaq üçün kifayət edir?
- Hədəf deyəndə ki, büdcəmizə uyğun heyət qururuq, mübarizə aparacağıq. Əslində hər kəs hər oyunda qələbə qazanmağı hədəfləyir. Lakin elə rəqiblər var ki, bu, çətin olacaq. Çox istərdim ki, sərəncamımda daha 3-4 futbolçu da olsun. Çünki mövsüm uzundur. Bəzi mövqelərdə çətinlik çəkə bilərik. Heyətimizdə gənclər çoxluq təşkil edir. Bir sözlə, gələcəyə ümidliyəm.
- “Zirə” üzərində qələbə düşünməyə əsas verir ki, “Şamaxı” yeni mövsümdə də rəqiblərə başağrısı olacaq...
- Həqiqətən də bütün yoldaşlıq görüşlərində uşaqlar maksimum güclərini qoydular. “Zirə”nin heyətindəki itkilər var idi. Əsas bizi mraqlandıran nəticədən çox meydandakı mübarizə oldu. “Zirə” kimi iddialı rəqiblə oyunda boşluqlarımızı gördük. Rəqibin adından asılı olmayaraq hər matçda tam gücümüzlə mübarizə aparacağıq.
- İlk turda səfərdə “Neftçi” ilə qarşılaşacaqsınız. Rəqibin oyununu izləmisiniz? “Ağ-qaralar” çox dəyişib?
- Bəli, “Neftçi”nin oyunlarını izləmişəm. Komanda çox dəyişib. Yeni transferlərə baxsaq, ustalıqları göz önündədir. “Neftçi”nin adı rəqiblər üçün çətindir. Bizi çox maraqlı oyun gözləyir. Ümumiyyətlə, bu mövsüm bir çox komandalar iddialı olacaqlar. “Araz-Naxçıvan” və “Turan Tovuz”a baxsaq, iddialı futbolçularla gücləniblər.
- Son transferiniz Abdullahi Şuaybu komandaya nə dərəcədə kömək edəcək?
- Ümidliyik. Şuaybu “Kəpəz”də çox yaxşı çıxış edirdi. Sonra bir müddət futbolsuz qaldı. Ötən mövsümü isə “Qəbələ”nin heyətində birinci liqada keçirdi. Komandamız yeni qoşulub. İdeal formada deyil. Lakin istəklidir və inanıram ki, komandaya kömək edəcək.
- Tezliklə baş məşqçisi olduğunuz U-21 də seçmə mərhələdə mübarizəyə başlayacaq. Hər hansı çətinlik yaşanmamasına görə özünüz üçün iş bölgüsü aparmısınız?
- Plan hazırdır. Milliyə namizəd futbolçular daim nəzarətimizdədirlər. Bir çoxu elə “Şamaxı”dadır. Qəbələdə təlim-məşq toplanışında olarkən digər komandaları da izləyirdik. Hazırda diqqətimizi “Şamaxı”ya yönəltmişik. İlk 3 tur çtin olacaq.
- Sizdən başqa “Karvan” və “İmişli” də ən azı bir müddət ev oyunlarını Şamaxıda keçirəcək. Bu, komandanız üçün problem yaradacaq?
- Bu, bizim üçün problem ola bilər. Çünki stadionda işıqlandırma sistemi yoxdur. Məşq prosesimiz korlana bilər. Bunu da fikirləşməliyik. Məsələn, bizim oyunumuz bazar günüdürsə, cümə və şənbə Şamaxıda oyun varsa, onda biz gərək iki gün məşq etməyək. Daha əvvəl də demişəm, futbolun inkişaf üçün meydançalar olmalıdır. İndi sizinlə “Qarabağ”ın bazasında söhbət edirik. Görürsünüz, necə gözəl şərait var. Yaxud olsun “Neftçi” və digərləri. Məncə, buna pul ayırmaq lazımdır. Çünki əks halda çətin olacaq. Peşəkar olmağa ehtiyacımız var.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
09.10.2026
08.10.2026
07.10.2026
























