14 Avqust 2026, Cümə
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi
Ronaldo daha 2 il “Sumqayıt”da
"Sumqayıt"dan növbəti transfer

Ölkə futbolu

"Araz-Naxçıvan" almaniyalı hücumçu transfer etdi

“Araz-Naxçıvan” heyətinə daha bir futbolçu cəlb edib.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Çance Simakala Ba-Muaka ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı hücumçu artıq Bakıdadır. Sağ-sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya Münhenqladbax”, “Elfersberq”, “Redinqhausen”, “Kayzerslautern”, “Xolştayn Kil”, Niderlandın “Roda Kerkrad” klublarında forma geyinib. O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi olan “Osnabruk” komandasında keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Coheni transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31