28 Sentyabr 2026, Bazar ertəsi
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

“Neftçi” 109 xalla çempion oldu

U-17 Liqasının qalibləri mükafatlandırılıb.

Futbolxeber.az saytının məlumatına görə, Neftçi Futbol Mərkəzində təşkil edilən tədbirdən əvvəl keçirilən sonuncu – 45-ci turun axırıncı oyunlarında “Neftçi” “Turan Tovuz”u 6:0, “Qarabağ” isə “Səbail”i 8:0 hesabı ilə məğlub edib. Bununla da “Neftçi” 109 xalla mövsümü çempion, “Qarabağ” isə 108 xalla ikinci pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutan “Zirə” bürünc, 2-ci pillənin sahibi “Qarabağ” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Son turda het-trikə imza ataraq ümumi qol sayını 61-ə çatdıran “Qarabağ”ın futbolçusu Əli İbrahim ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin rəyinə əsasən, mövsümün ən yaxşı oyunçusu isə “Qarabağ”ın digər üzvü Əli Qazibəyov seçilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30