14 Noyabr 2026, Şənbə
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü

Ölkə futbolu

UEFA Azərbaycan millisinə xəbərdarlıq edib

UEFA 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinə xəbərdarlıq edib.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, buna yığma üzvü Pərişan Abdullayevanın Avropa çempionatının ikinci seçmə mərhələsinin II turunda, Albaniya ilə matçda (0:4) meydana çıxması səbəb olub.

Birinci seçmə mərhələdə, Estoniya ilə qarşılaşmada (0:3) sarı vərəqə alan oyunçu ikinci tsiklin Şimali İrlandiya ilə ilk görüşündə (0:4) də eyni halla üzləşib. Abdullayeva bu səbəbdən Albaniya ilə oyunda iştirak etməməli idi.

Buna baxmayaraq, onun adı sözügedən matç üçün sistemə yüklənib və UEFA nümayəndəsi də bunu təsdiqləyib. Lakin həmin şəxs qarşılaşmadan sonra bunun fərqinə varıb. Sonradan Pərişan Abdullayeva sonuncu turda Monteneqro (1:2) ilə matçın iştirak ərizəsinə salınmayıb və cəzasını həmin görüşdə çəkib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30