11 Oktyabr 2026, Bazar günü
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Azərbaycanın 2024-cü il üçün FİFA referiləri açıqlandı

2024-cü ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin adlarına aydınlıq gəlib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, FİFA tərəfindən təsdiqlənmiş siyahısıda 4 referi yer alıb.

Növbəti ildə də Əliyar Ağayev, Elçin Məsiyev, Kamal Umudlu və Fəridə Lütfəliyeva matçlara baş hakim kimi təyinat alacaqlar.

Zeynal Zeynalov, Akif Əmirəli, Elşad Abdullayev, Pərvin Talıbov, Namiq Hüseynov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva baş hakimlərə kömək edəcəklər.

Əliyar Ağayevlə Elçin Məsiyev VAR hakimləri kimi də fəaliyyət göstərəcəklər.

Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov futzal, İnqilab Məmmədov və Nail Nağıyev isə çimərlik futbolu görüşlərini idarə edəcəklər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31