Ölkə futbolu
Qurban Qurbanov: “Uzun illər gözlənilən uğur, nəticə əldə edildi”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Hekken"i məğlub etdikləri matçdan (2:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə futbolçularını təbrik edib və turnirin pley-offuna vəsiqə qazanmaqları barədə danışıb: “Futbolçularımı təbrik edirəm. Onlara təşəkkürümü bildirirəm. Azarkeşlərimizi təbrik edirəm. Neçə illərdir ki, belə şansımız olmuşdu, amma istifadə edə bilməmişdik. Hətta son saniyələrdə uğur əldə edə bilərdik, qaçmışdı. Şükür Allaha, bu gün hər şey gözəl sonluqla başa çatdı. Uzun illər gözlənilən uğur, nəticə əldə edildi. Hansı ki, təkcə biz yox, xalqımız gözləyirdi. Onlara görə çox sevinirəm. Belə uğuru əldə etmək həm futbolumuza böyük təkan verəcək, həm də futbolçularımıza böyük inam verəcək. Böyük komandaların Bakıya gəlməsi, belə turnirlərdə nəticə üçün oyunlarda oynamaq ancaq Azərbaycan futboluna fayda verə bilər. Buna görə şadam.
- 9 il əvvəl Bakıdakı "İnter"lə oyunu xatırlayırıq. O vaxt demişdiniz ki, yolumuza davam edəcəyik. İllər boyu buna çatmaq nə qədər çətin oldu?
- Belə hal yaşanmışdı. Bəzən bizim kimi komandalar üçün belə şanslar çox nadir hallarda olur. O şansı itirəndə, komandaya, rəhbərliyə, kollektivə təsir edir. Bir də gözləyirsən ki, nə vaxt belə şans olacaq. Dəfələrlə oldu. Məncə, hakimin saymadığı qola, geriyə qayıtmaq lazım deyil. Niyə? Çünki yenidən o günləri yada salmaq heç də yaxşı hal olmaz. Amma inanın ki, bəlkə də o oyunun, o qolun sayılmamasının bizim üçün faydası daha çox oldu, nəinki ziyanı. Əminliklə deyirəm. Bəli, 9 il əvvəl o siyahıda olacaqdıq. Hətta cənab Prezident bizə dəyər vermişdi. Sanki klub daha çox möhkəmləndi, məsuliyyətimiz çoxaldı. Birbaşa ölkə başçısı tərəfindən diqqət ayrılmışdı. Həmin oyunun daha yaxşı formalaşmağımız üçün faydası oldu. Elə matçlar oldu ki, son saniyələrdə şansımızı əldən verdik. Bəzən elə oyunlar oldu ki... PAOK-u evdə, səfərdə udduq. Amma onlar səfərdə "Fiorentina"nı məğlub etdilər. Elə hallar olmuşdu ki, bu, daha çox təsir etmişdi. Amma bu gün hər şey çox yaxşı bitdi. Bəlkə də bunun ləzzəti daha yaxşı olacaq. İllər boyu nəticəni gözləyəndə, əziyyətin yerdə qalmayanda, uğuru əldə edəndə, ola bilər ki, uğur daha davammiyətli olsun. Kluba, futbolçularımıza daha çox fayda versin. Bu hallar qaçılmazdı. Böyümək üçün soyuqqanlı olmalıyıq, normal qəbul etməliyik ki, bizə təsir etməsin. Əlimizdə bəhanə tutmalı deyilik ki, o vaxtı belə oldu, ona görə uduzmuşuq. Düşünürəm ki, faydası daha çox oldu, nəinki ziyanı.
- Potensial rəqiblər bəllidir. Hansı komanda ilə qarşılaşmaq istəyərdiniz?
- Potensial rəqiblərin hər biri Çempionlar Liqasında oynayası komandalardır. Hətta o klubların içərisində ÇL-in qalibi olmağı qarşısına məqsəd qoyanlar da var idi. Hamısı ciddi rəqibdir. Hansı haqda düşünmüşəm desəm, doğru olmaz. Rəqib kim olsa, həmin matçlara çox ciddi hazırlaşacağıq ki, layiqli oynayaq.
- Oyundan sonra meydançada telefonla danışırdız. Sirr deyilsə, ilk təbriki kimdən aldınız?
- Zaqatalanın icra başçısı idi. Çox böyük azarkeşdir. Hər oyundan sonra ən birinci zəng edənlərdəndir. Hətta birincisidir.
- "Rakuv"la matçdan sonra çoxlu tənqidlər var idi. Komandanı tərk edən oyunçular oldu. Bu mövsüm çəkdiyiniz çətinlikləri bilmək istəyərdik...
- Çətinliklər mənə bir o qədər çətin olmur. Çünki hadisələrin içində oluram. Bəzən görürəm ki, kollektivdə hansısa çatışmazlıqlar var. Onları necə aradan qaldıra biləcəyimizi düşünürük. Hər il tənqid olub. Tənqid olmayan ilimiz olmayıb. Normaldır. Futbolun ümumi gedişatı belədir. Azarkeş tənqid edər, media tənqid edər, bəlkə rəhbərlik edər, bəlkə bilmədiyimiz, düşünmədiyimiz insanlar. Amma bəzən hər ana real baxmaq lazımdır. Çətinlik və çatışmazlıqlardan narahat idik. Birdən-birə əsas oyunçuların komandadan getməsi, bəzi oyunçuların idman formasının aşağı olması... Bu, onlardan asılı deyildi. Çatışmazlıq var idi. "Rakuv"a uduzsaq belə, oyun baxımından ciddi problemlərimiz olmadı. Sadəcə keyfiyyət çatışmırdı. Bu da sağlam futbolçuların çox olmaması ilə bağlı idi. Gedişatlara hazır olmalıyıq. Komandama güvənirdim. Çünki elə oyunçular var idi ki, kimisi 3, kimisi 10 oyundan sonra daha yaxşı səviyyəyə yüksələcəkdilər. Kimsə tənqid edəndə əsəbiləşirik, narazılıq edirik. İnsanıq. Amma inanın ki, heç kimdən incəmərəm. Azərbaycanlılarımdan incimərəm. Hamınızı çox istəyirəm. Tənqidin o an təsiri ola bilər, amma sizi başa düşə-düşə daha da məsuliyyətli çalışmağa, keyfiyyətli işləməyə başlayırıq. Bəlkə də əziyyət, sizlərə, azarkeşlərə qarşı olan fikirlərimizdir ki, Allah bizə belə zəfər qismət etdi. Qruplarda oynayırıq, pley-off mərhələsinə çıxırıq. Bu, bir klubun ayaqda durması, stabil qalması üçün çox yaxşı nəticədir. Klub, futbolçular, biz hamımız belə böyüməliyik. Çətinliklər olmasa, işləməyə, yaşamağa nə var ki?
- Marko Veşoviç qırmızı vərəqə ilə cəzalandırıldı. Onun yoxluğunu necə sığortalayacaqsınız?
- Vaxtımız var hələ. O müddətdə kimi bilmirik heyətdə durum necə olacaq, rəqib kim düşəcək, futbolçularımın ümumi hazırlığı hansı səviyyədə olacaq. Marko Veşoviç əvvəlki matçlarda zədəli olanda Mateusu, Toralı oynatmışıq. Ciddi problem görmürəm. Amma istəyirəm ki, həmişə belə futbolçular meydanda olsun. Veşoviç təcrübəlidir, əziyyət çəkənlərdəndir, məşqlərdə intizamı qoruyub-saxlayır. Onların belə böyük oyunlarda olmasını istəyirəm. Olmasa, digər variantlardan istifadə edəcəyik.
- Konfrans Liqasında pley-off mərhələsinə çıxdıqdan sonra aparıcı oyunçuları itirdiniz. Bu mövsüm isə Avropa Liqasından pley-off mərhələsinə çıxdınız. Bu, sizi narahat etmir ki, heyəti qoruyub-saxlaya bilməzsiniz?
- Maraqlı sualdır. Bəli, belə uğurlar olanda, oyunçulara təkliflər olur. Böyük oyunlarda futbolçunun potensialını daha düzgün izləyə bilirlər. Bəzi oyunçularımızla maraqlananlar var. Biz daim istəmişik ki, futbolçularımızı qoruyub-saxlayaq. Amma bəzən bizdən asılı olmayan səbəblər olur, "yox" deyə bilmirik. Gedənlərdən sonra kollektivdə oyunçu azaldı. Amma klub olaraq biz başqa sahədə udduq. Avropa bazarına çıxdıq. "Qarabağ"la daha fərqli maraqlanmağa başladılar. Tək nəticələrə görə yox, klub olaraq, oyunçuların burada potensialının yaxşılaşması yönündə. Bəzən futbolçular gəlir, burada potensialını açırlar. Bu bazara çıxdıq. Amma bu gün də maraqlı, böyük təklif olsa, biz buna baxarıq. Başqa variantlara da əl atarıq. Hər bir halda, bu futbolçular bunu haqq ediblərsə, istəyərik ki, sona qədər bizimlə olsunlar. Minimum turnirin sonuna qədər. Lakin bu da bizim əlavə enerji itirməyimiz olacaq. Təklif olarsa, təbii ki. Deyə də bilmirik ki, olsun, ya olmasın. Təkliflər olarsa, dərindən düşünəcəyik.
- Marko Veşoviç qırmızı vərəqə almamışdan qabaq sanki onu əvəzləməyi düşünürdünüz?
- Qırmızı almamışdan əvvəl, yox, amma sarı alanda, dəyişməyi fikirləşdim (gülür). Çünki narahat oldum ki, ikinci sarı vərəqəni alar. Amma hakim imkan vermədi, qırmızı vərəqə göstərdi.
- Kadi Borges "Qarabağ"a qayıda bilər?
- Bizim onunla heç bir danışığımız olmayıb. Buradan gedən futbolçuların hamısına demişik ki, "Qarabağ"ın qapısı üzünüzə həmişə açıqdır. Deyim ki, inşallah geri qayıdar, düz çıxmaz. O, daha da böyümək üçün qarşısına məqsəd qoyub. "Qarabağ"da hər şey onun üçün yaxşı idi. Belə variant olsa, biz yox demərik. Amma hazırda müqaviləsi var, özü də böyük. Gələcək göstərər.
- Veşoviç qırmızı vərəqə aldıqdan sonra komanda daha çox müdafiə futbolu oynadı. Bu, "Hekken"in təzyiqindən irəli gəlirdi?
- Müdafiədə olsaq da, yaxşı əks-hücumlarımız oldu. Rəqib bizi məcbur etdi. Belə oyunlarda, belə halların olması məni sevindirir. Son vaxtlarda futbolçularda elə fikirlər oyanıb ki, daha çox hücumda oynamalıyıq. Amma tələblərimiz odur ki, hücumda ola-ola müdafiə olunaq. Bu səviyyədə oyunlarda, azlıqda qalanda, futbolçu düzgün müdafiə olunursa, bu, böyük futbolun vacib hissələrindəndir. Qarşımızda elə rəqib yoxdur ki, 90 dəqiqə hücumda olaq. Bu, nəticə üçün çox önəmli amillərdəndir.
- Musa Qurbanlı da yəqin ki, çox sevinir. Sizcə, o, təəssüf hissi keçirir ki, kaş "Qarabağ"da qalardı, bu sevinci sizinlə birlikdə bölüşərdi?
- Musa bir az fərqli xarakterli futbolçudur, insandır. O, legioner həyatını daha çox sevir. Məqsədi var ki, daim xaricdə olsun. Fərqi yoxdur, hansı liqadır, ən azından orta liqa. Onu bu gün bu qane edir. İnanmıram ki, heyifsilənsin. Əksinə, mənim və "Qarabağ"ın uğuruna çox sevinir. Əgər onda belə fikir olsa, irəli gedə bilməz. Sanki onun üçün hər şey bitəcək. Məqsədlərinin qarşısını kəsmiş olar.
- Qurban Qurbanov olmasaydı, Azərbaycan futbolu nə edərdi?
- Siz məni ağır yükün altına saldınız. Çox sağolun belə dəyərə görə. Özüm haqda cavab verə bilməyəcəyəm. Mən futbolda və ya başqa sahədə olum, bu əgər ölkənin övladıyıqsa, işimizdə məsuliyyətli olmalıyıq. Başqa sahədə də olsaydım, yenə məsuliyyətlə işləyəcəkdim.
- "Hekken"in heyətində elə futbolçu oldu ki, sizə maraqlı gəlsin?
- Bir neçə oyunçu oldu, amma adlarını deməyəcəyəm. Hətta ilk oyundan sonra oldu.
- Oyundan sonra Juninyo qələbə sevincini sizinlə bölüşdü. Bu sevgini necə qazanırsınız?
- Biz bir ailəyik. Hər birini çox istəyirəm. İnsan get-gedə birini, keçmişini, hansı yollardan keçdiyini, necə böyüdüyünü bildikcə, istər-istəməz onlara daha həssas və sərt oluram. Çünki Juninyo tam fərqli xarakterlidir. Bərk idmançı xarakteri var. Bu, hələ onun tam potensialı deyil. Onunla bəzi söhbətlərimiz olub. Fərqli mentalitetdə idi, fərqli futbol oynayırdı. Çempion adı hər idmançı üçün çox vacibdir. O adı qazanmırsa, böyümür. Belə turnirlərdə, bu cür oyunlar oynayıb, mərhələ adlamırsa, futbolçu özünü böyük oyunçu saymır. Juninyo Portuqaliyada oynayıb, böyük klublarla qarşılaşıb. Amma buradakı məsuliyyət onda heç vaxt olmayıb. Ondan bunu həmişə tələb edirdim. Get-gedə məni daha yaxşı anlamağa başlayıb, futbola sevgisi artıb. Maraqlı söhbətlərimiz olur. Danışırıq, bəzən zarafat edirik. O da görür ki, biz çox məsuliyyətli klubuq. Bəlkə düşünmədiyi futbol haqda burada fikirləri oyanıb. Yəqin mənə qarşı ona görə fərqlidir. Mən özüm də bərk futbolçuları xoşlayıram. Ondan hələ çox şey tələb edəcəyik.
- Sizin özünüzü nə motivasiya edir?
- Bəzən hər bir sahədə düstur axtarırsan ki, onu nə cür yaxşılaşdıra bilərsən. Ən düzü sadəsini axtarıb tapmaqdır. Dəfələrlə demişəm ki, mənim özümün tələbim odur ki, nə olursa, olsun işimdə məsuliyyətli olmalıyam. Əgər biz bu vətənin övladlarıyıqsa, işimizdə məsuliyyətli olacağıqsa, nəticə gələcək. Bunu düşünərək işə gedirəm, oyunlara çıxıram, futbolçularımdan tələb edirəm, oyunlara hazırlayıram. Bu yolu tutmuşam və onu düşünərək addım atıram.
- Hansısa xarici kluba gedə bilərsiniz? Oyunçuları istəyirlərsə, sizi də istəyənlərin olması mümkündür...
- Bilmirəm. Nə vaxtsa, onsuz da olmayacağıq. Bilmirik ki, sabah başımıza nə iş gələcək. Amma bu gün harasa getmək barədə düşünmürəm. "Qarabağ"a çox bağlı insanam. Nə qədər ki, bu klub var, nə qədər ki, Qarabağ adı var, çox istəyərəm burada qalım, nəticə əldə edim. Dəyişikliklər ən böyük klublarda belə olub. Bəzən rəhbərlik klubu buraxır gedir, bəzən maddi olaraq səviyyə aşağı düşür. Hələ ki, "Qarabağ"dan getməyi düşünmürəm. Nəsə böyük bir şey olmasa, hələ ki, buradayam.
- Ardıcıl üçüncü dəfə pley-off mərhələsində oynayacaqsınız. Bu dəfə yanaşma cəhətdən nə önəmli olacaq?
- Məncə, təcrübə böyük rol oynayacaq. Bu gün futbolçularımın təcrübəsi az deyil. "Bayer"lə oyun bizə futbolda çox şey verdi. O səviyyədə olan komandaların gücünü hiss etdik. Hansı rəqib olursa, olsun, ola bilər ki, rəqibi daha çox analiz edək. Yanvarda çempionatımız başlayacaq. Ola bilər ki, hazırlığımızda da bəzi dəyişikliklər edək ki, o vaxta pik nöqtəyə çıxaq. Rəqibdən çox şey asılıdır. Elə olur ki, nə qədər hazır olsaq da, rəqib bizi üstələyir. Az təcrübə toplamamışıq. Bu il bəzi oyunlarımız oldu ki, daha böyük matçlarda oynamaq üçün fürsət əldə etdik.
- Anton Krivotsyukla maraqlanmısınız?
- Xeyr, danışığımız olmayıb.
< br/>
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Qərəz, sifariş, yoxsa şəxsi maraq?
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- Milli Məclisdə Azərbaycan futbolunun müzakirəsi
- Kölgədən qorxanlar
- “Neftçi” üçün yeni sponsor - RƏSMİ
- Qara Qarayev: “İdmançı kimi, insan kimi keçdiyim yolda bu şeyləri haqq etmirəm”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Qara Qarayevin “Araz-Naxçıvan”la imzalayacağı müqavilənin müddəti məlum oldu
- Elmar Baxşıyev: “Onun həm insani, həm də futbolçu keyfiyyətləri məni qane edir”
- "Sonda absurd qol buraxdıq"
- “Qarabağ” - “Ayaks” oyunundan əvvəl konsert olacaq
-
19:13
Azərbaycan karateçiləri Belçikaya yollanıblar
-
18:48
“Qarabağ”ın kapitanı “Lion”a qarşı oynaya bilməyəcək
-
18:27
Qəbələdə güləş məşqçiləri üçün seminar keçirilib
-
17:51
Yeniyetmə cüdoçular Göygöldə təlim-məşq toplanışında iştirak ediblər
-
17:09
"Milan"da yeni müqavilə
-
16:34
"Neftçi"nin "Zirə" hazırlığı FOTOLENT
-
16:16
“Turan Tovuz” - “Sabah” oyununun biletləri satışda
-
15:45
Millət vəkili: “De Byazi Santuşdan daha yaxşı məşqçi idi”
-
15:20
Türkiyəli Olimpiya mükafatçısı Milli Gimnastika Arenasının qonağı olub
-
14:52
"Kəpəz"in futbolçusu əməliyyat olundu
-
14:33
AMADA-nın nümayəndə heyəti Ümumdünya Antidopinq Agentliyinin iclasında iştirak edib
-
14:17
"Sumqayıt" "Şamaxı" ilə oyunun hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:28
İlham Yadullayev: "Millimizin futbolçuları rəqiblərdən geri qalmırdılar"
-
13:01
Minifutbol üzrə ölkə çempionatı: 3 oyunda 20 qol
-
12:34
Elxan Abdullayev: "Buraxdığımız ikinci qol tamamilə gözlənilməz oldu"
-
11:46
Azərbaycan yığması EEVZA çempionatında iştirak edəcək
-
11:13
Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub FOTOLENT
-
10:55
Mərkəzi oyunu FİFA referiləri idarə edəcək
-
10:39
Mingəçevirdə üzgüçülük məşqçiləri üçün təlim keçirilib
-
10:22
Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
-
09:58
Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
-
09:47
"Kəpəz"in legioneri: "Yaxşı işləyirsənsə, nəticəsi olacaq”
-
09:30
"Qəbələ" 20:0-lıq qələbə
-
18:04
Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib
-
17:46
“Turan Tovuz”dan COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə FOTOLENT
-
17:17
"Şamaxı"nın məşqçilər korpusunda ayrılıq
-
16:52
Ramon Maçado: “Araz-Naxçıvan”ın ikinci yerdə olması bizim üçün də sürprizdir”
-
16:33
Patrik Vieyra rəsmən İtaliya klubunda
-
16:20
Amerikalı legioner: "Bakı mənə çox doğma gəlir"
-
15:58
"Komandada çox yaxşı atmosfer var"
-
15:11
"Qarabağ" - "Lion" oyununa nə qədər bilet satılıb?
-
14:45
Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
-
14:24
Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
-
14:06
Millimizə 4 qol vuran hücumçu: "Təbii ki, bundan həzz alırsınız"
-
13:53
Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
-
13:32
Nazir: "MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına ayrıca vəsait ayrılır"
-
13:17
Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
-
12:49
XIV turun hakim təyinatları
-
12:20
Argentina 3 xalı tək qolla qazandı VİDEO
-
11:58
Milli Məclisin komitə sədri: "Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı"
-
11:13
Braziliya öz meydanında büdrədi VİDEO
-
10:46
"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq
-
10:25
Rauf Məmmədov Dünya Kubokuna vəsiqə qazanıb
-
10:04
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb
-
09:51
"Barselona" 137 milyonluq səhifəsində Laportanın Bakıya səfəri ilə bağlı video paylaşıb
-
09:39
Yankoviç Türkiyə ilə oyunda məhsuldar ötürmə müəllifi oldu VİDEO
-
09:27
Əliyar Ağayev Bosniya və Herseqovina - Niderland matçını idarə etdi
-
09:12
İsveç millimizi topa tutdu VİDEO
-
01:40
Azərbaycan millisindən biabırçı nəticə - D Liqasına düşdük
-
01:36
Millimiz darmadağın oldu