24 Iyun 2026, Çərşənbə
"Zirə" Tavareş Vieranı transfer etdi
“Kəpəz”də yeni baş məşqçi
Eltun Yaqublu "Zirə"yə qayıtdı
"Qarabağ" Avstriyaya yollandı

Ölkə futbolu

"Bakı" "Rəvan"la oyuna hazırdı

"Bakı” sabah 11-ci tur çərçivəsində “Rəvan”ın qonağı olacaq. Futbolxeber.az-ın məlumatına görə, komanda bu gün oyunöncəsi saatyarımlıq son məşqini keçirib. Saat 11.00-da başlayan hazırlığa isinmə hərəkətləri ilə start verilib. Futbolçuları çox yükləməyən baş məşqçi Milinko Pantiç ardından əyləncəli əltopu oynamaq tapşırığı verib. Küləkli və soyuq hava şəraitində keçən məşqin digər bölümündə isə komanda üzvləri “kvadrat” oynayıb. Daha sonra qısa və uzaq məsafələrə qaçmaqla yarışan oyunçular son 15 dəqiqədə cinah hücumları üzərində çalışıb. Zədəsini sağaltmaqla məşğul olan Kamran Ağayev, Mario Rubio, Elvin Əliyev və Şəhriyar Əliyev hazırlıqda iştirak etməyib. Yüngül zədəsi olan Ruben Qonsales isə fərdi çalışmaqla kifayətlənib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30