Ölkə futbolu
Yazmadığım yazı...
AFFA-da çoxları bizi düşmən gözü ilə görür. Ən yuxarı səviyyədən sıravi işçiyə qədər. Azərbaycan futbolundakı çatışmazlıqları (bu söz çatışmamazlıq deyil), uğursuzluqları qabartdığımız üçün persona non qrata elan olunmuşuq. “Günahımız” məğlubiyyətlərə göz yummamağımız, heç-heçələri malalamamağımızdır. İlahi, oyunlarda, mətbuat konfranslarında, tədbirlərdə o baxışları görsəniz... İnsan nə qədər stadionda üzərində düşmən baxışı hiss edər... Feysbukdakı, votsapdakı statuslarımızın skrinləri “lazımi ünvanlar”a gedir. Deyilənə görə, bəzi rəhbər şəxslər feyk profillərlə sosial şəbəkədə dostluq siyahımızda da var...
Bəlkə də dünəndən bu yana tikan üstündə oturublar, düşünürlər ki, dostlarımız heç, görəsən, bizim də daxil olduğumuz “düşmənlər” nə yazacaqlar. Amma özünüzü çox yormayın, narahat olmağa da dəyməz. Dünən oyundan sonra özümə söz verdim – bu milli, AFFA haqda daha heç nə yazmayacağam. Ən azı Millətlər Liqasının sonuna qədər. Bilirsiniz niyə? Çünki dünənki nəticə bir komandanın ola biləcəyi yerin ən dibidir. Öz meydanında Lixtenşteynlə heç-heçədən o tərəfi yoxdur... Baxın və “əsərinizlə” fəxr edin. Bunun adı rəzillikdir, vəssəlam. Qarşıdakı iki matçı qazansanız da, qrup qalibi olsanız da, heç nə dəyişməyəcək. Azərbaycan futboluna vurulan bu ləkəni heç nə silə bilməz!
Bunu da yazım, bitirirəm. Bəlkə də özlüyünüzdə düşünürsünüz ki, biz dünənki heç-heçəyə sevinirik. Əsla! Bilirsiniz niyə? Çünki sizdən fərqli olaraq, biz bu milli ilə böyümüşük. 90-ların sonlarında atamla birgə getdiyim Türkiyə, İsveçrə, daha sonra İtaliya ilə oyunlardan biz bu millinin xəstəsiyik. Uşaqlığımız, yeniyetməliyimiz “Tofiq Bəhramov”da səsimizin batması ilə, “Gənclik”dən “Nərimanov”a piyada getməklə keçib. Biz sizin kimi stadionun yolunu AFFA-da vəzifəyə gələndən sonra tanımamışıq! Sabah siz vəzifədən gedəndən sonra bəlkə də illərlə milli komandamızın nəticələrindən xəbər tutmayacaqsınız. Amma bizim 20, 10 il əvvəl kimi, Allah ömür versə, 10 il, 20 il sonra da bu yığma üçün canımız yanacaq...
Uzun sözün qısası, daha heç nə yazmıram, nə bu milli haqda, nə də AFFA-nın yarıtmaz fəaliyyəti barədə. O siz, o da uçuruma apardığınız Azərbaycan futbolu. Onsuz da bir gün hər kəs öz əməlinə görə cavab verəcək...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:44
A Seriyasında məşqçi istefası
-
18:00
“Xankəndi”də yeni məşqçi təyinatı
-
17:27
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
-
16:58
Evdə də qonaq “İmişli” - YAZI
-
16:31
AFFA-nın vitse-prezidenti beynəlxalq magistr proqramını uğurla bitirib
-
16:16
Millimiz dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
-
15:42
PFL “Dinamo”nun futbolçusunu mükafatlandırdı
-
15:25
Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başladı
-
14:59
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarına təyinat aldılar
-
14:33
Karvahalın yeni klubu müəyyənləşdi
-
14:00
“Qarabağ” - “Neftçi” oyununun biletləri satışda
-
13:44
“Qarabağ”ın məşqçisinə 4 oyunluq cəza
-
13:27
“Gəncə Open – 2026”nın açılış mərasimi keçirilib
-
13:08
“İmişli”də baş məşqçi istefası
-
12:51
“Neftçi” 5 min manat cərimələndi
-
12:36
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
-
12:12
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:45
"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
11:23
Yaşar Seyidov: “Futbolçu yetişdirmək barədə tək AFFA düşünməli deyil”
-
11:09
“Roma” - “Real” oyunu azərbaycanlı hakimə tapşırıldı
-
10:54
Ronaldo 981-ci qolunu “Neftçi”yə vurdu
-
10:31
“Atalanta”dan 3 qollu qələbə VİDEO
-
10:17
“Traktor” ÇL-də ilk xalını qazandı
-
10:00
"Göztepe" mövsümdə ilk qələbəsini qazandı VİDEO
-
19:18
İlham Zəkiyev mükafata layiq görülüb
-
18:26
Voleybol millimiz Türkiyə toplanışını başa vurub
-
17:55
“Neftçi”nin Latviya klubu ilə oyununun yeri dəyişdirilib
-
17:31
"Qarabağ"da gözlənilməz ayrılıq
-
17:09
Güləşçilərimiz veteranlar arasında dünya çempionatında 3 medal qazanıblar
-
16:44
Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanda beynəlxalq turnirə qatılacaqlar
-
16:27
Bakıda konkur üzrə "Omar" kuboku keçirilib
-
16:12
“Hidayət Heydərov hansı çəkidə çıxış etmək istəməsi barədə bir həftəyə qərar verməlidir”
-
16:00
Cüdo millimizin baş məşqçisi: “Kokauri dünya səviyyəli idmançıdır”
-
15:53
Elnur Məmmədli: "Cüdoçularımız dünya çempionatında möhtəşəm nəticələr əldə etdilər"
-
15:46
Rəşad Rəsullu: "Dünya çempionatı Azərbaycan cüdoçuları üçün yaxşı nəticələrlə yadda qaldı"
-
15:28
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
15:05
Babək Quliyev UEFA-dan təyinat alıb
-
14:51
Güləş millimiz Qubada toplanışa başlayıb
-
14:39
“Zirə”nin müdafiəçisi 200-ə çatdı
-
14:14
Samir Ələkbərovdan Abdullahi Şuaybuya qədər
-
13:47
Ramil oynadı, komandası qələbə qazandı
-
13:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:00
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub
-
12:36
"Beşiktaş"ın qələbəsi VİDEO
-
12:13
AFFA “Şəfa”nın da pulunu kəsdi: hesabatda uyğunsuzluq aşkarlanıb
-
11:58
"Latsio" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:45
Azərbaycan Güləş Federasiyası cüdo ictimaiyyətini təbrik edib
-
11:21
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
11:09
Renatın komandası qələbəni əldən verdi
-
10:54
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
13.10.2026
12.10.2026
























