Ölkə futbolu
Mais Mənsimov: "Final fitinə qədər futbolçularıma, Con Toşaka inanırdım" (Müsahibə)
“Xəzər Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Naxçıvanda keçirilən Azərbaycan Superkuboku uğrunda matç sonrası klubun rəsmi saytına müsahibə verib. Klubun prezidenti “Xəzər Lənkəran”ın Superkubokun qalibi olmasına münasibət bildirməklə yanaşı matç ətrafı bir çox məsələlərə toxunub.
- Mais müəllim, ilk olaraq sizi “Xəzər Lənkəran”ın Azərbaycan kubokunun qalibi olması münasibətilə təbrik edirik.
- Çox sag olun. İlk olaraq fürsətdən istifadə edib ölkəmizdə keçirilən Prezident seçkilərində növbəti dəfə qalib olaraq Azərbaycan Respublikasının prezidenti seçilən cənab İlham Əliyevi “Xəzər Lənkəran” klubu adından təbrik edirəm. Cənab İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğını biz “Xəzər Lənkəran” klubu olaraq həmişə hiss etmişik. Prezidentimizin yürütdüyü daxili və xarici siyasəti həmişə dəstəkləyərək onun arxasında olmuşuq. Bu gündə Naxçıvanda keçirilən Superkubok matçını məhz futbolun kütləviləşməsinə dair bəndin yer aldığı ölkə prezidentinin “Futbolun İnkişafına Dair Dövlət Proqramı”nın bir parçası kimi qəbul edirik.
- Naxçıvanda ilk dəfə idi ki, ölkə futbolu adına belə bir əhəmiyyətli matç keçirilirdi.Təşkilatçılıqdan bir klub prezidenti olaraq razı qaldınızmı?
- Sözün düzü özümüzü evdəki kimi hiss etdik. AFFA prezidenti cənab Rövnəq Abdullayevə minnətdarıq ki, bu oyunu məhz qədim diyarımız olan Naxçıvana salınmasına göstəriş vermişdi. Rövnəq müəllim bölgələrdə futbolun inkişafı üçün həmişə çalışıb və bu yöndə üzərimizə bizim də “Xəzər Lənkəran” klubu olaraq nə düşürsə həmişə əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbova isə xüsusi minnətdarlığımı bildirirəm. Onun tapşırığı ilə burada olduğumuz müddətdə ən kiçik problem belə yaşanmasına imkan verilmədi. Vasif müəllimin göstərişi ilə Gənclər və İdman Naziri Azad Cabbarov hər gün yanımızda olur, problemlərimizlə maraqlanırdı. Bir sözlə belə təşkilatçılıq ən xoş sözlərə layiqdir. Bir daha başda cənab Vasif Talıbov olmaqla hamıya klubumuz adından təşəkkür edirəm.
- Matç yetərincə gərgin alındı və sonda “Xəzər Lənkəran” qalib gəldi. Oyundan öncə futbolçularla görüşdünüz. Bilmək olarmı komandaya nələr söylədiniz?
- Mən futbolçularıma həmişə inanmışam. Onların potensialının bu gün qalib gəlməyə yetərli olacağına inandığımı bildirdim. Matçda onlardan layiqli oyun, qələbə gözlədiyimi söyləyərkən futbolçularda hamılıqla qələbə qazanacaqlarına söz verdilər. Gördüyünüz kimi komandamız layiqli oyunla qalib gəldi və verdikləri sözə əməl etdilər.
- Azarkeşlərdən söz düşmüşkən, stadionda yetərincə “Xəzər Lənkəran”ı dəstəkləyən azarkeş vardı...
- Elədir. Əslində etiraf edim ki, “Xəzər Lənkəran”ın Naxçıvanda bu dərəcədə sevildiyini bilmirdim və bununla qürur duydum. Biz özümüzlə Naxçıvana heç bir azarkeş aparmamışdıq. Hətta VİP lojada onlarla naxçıvanlı azarkeş hər iki klubun rəsmilərinin yanında “Xəzər Lənkəran”a azarkeşlik etdiklərini söylədilər. Bundan başqa mənə məlumat verildi ki, burada az sayda cənublu tələbələr də var və onlar da komandamızı dəstəkləyənlər arasında idilər. Mən bizə inanan, bizi dəstəkləyən bütün insanlara minnətdarlıq edirəm.
- Qələbə topu vurularkən sevincinizin həddi-hüdudu yox idi. Maraqlıdır, hesab bərabərləşərkən qələbəyə inamınız itməmişdi ki?
- Əsla! Bu gün biz çox gözəl oynadıq. Hətta oyundan sonra “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovda məni təbrik edərkən belə bir ifadə işlətdi ki, “Siz qələbəyə layiq idiniz!”. Ona görə də final fitinə qədər futbolçularıma, baş məşqçimizi Con Toşaka inanırdım.
- Con Toşakın adını çəkdiniz. Təcrübəli mütəxəssis Avroliqadakı oyun sonrası istefa vermək istərkən siz klub prezidenti olaraq onun istefasını qəbul etmədiniz. Bu gün nə qədər doğru addım atdığınız bir daha sübut olundu. Bununla razısızmı?
- Bəli. Çünki, Toşakın səviyyəsini müzakirə etmək belə yersizdir. Onun klubumuzun başına gətirilməsi Azərbaycan futbolunun inkişafı, təbliğatı adına çox böyük bir addımdır. Cənab Toşaka klub rəhbərliyi olaraq həmişə inanmışıq, onun arxasında olmuşuq. Çox doğru qeyd etdiniz ki, o vaxtı biz doğru addım ataraq onun istefasını qəbul etmədik. Bu gün “Xəzər Lənkəran” ölkə çempionatında hansı yerdə qərarlaşmasından asılı olmayaraq ən baxımlı futbol oynayan komandadır. İnanıram ki, “Xəzər Lənkəran” bu mövsüm qarşısına qoyduğu məqsədlərə Con Toşakın təcrübəsi və bacarığı ilə nail olacaq.
- Bir daha sizi “Xəzər Lənkəran”ın Azərbaycan Superkubokunun qalibi olması münasibəti ilə təbrik edirəm.
- Sizdə sağ olun! Bir daha başda fəxri prezidentimiz Mübariz Mənsimov cənabları olmaqla bütün azarkeşlərimizi klub prezidenti olaraq təbrik edirəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
-
22:54
"Neftçi" və "Zirə" qələbə qazandı
-
22:47
"Sumqayıt" - "Neftçi" matçında 4 qol VİDEO
-
22:11
Filipe Kandido: “Sumqayıt”a nələrisə bəhanə etmək üçün gəlməmişəm”
-
21:35
Vernidub: “Pulu öz əziyyəti ilə qazanmağı üstün tutanları gətirmək arzusundayıq”
-
20:00
“Zirə” - “Şəfa”: Heyətlər
-
19:28
Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
-
19:19
“Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
-
18:56
“Tvente” “Qarabağ”dan oyundan öncə qələbə qazandı
-
18:33
Millimizin futbolçuları Türkiyə klubu ilə müqaviləni yenilədi
-
18:07
“Sumqayıt” - “Neftçi”: Heyətlər açıqlandı
-
17:25
"Sabah" - "Hapoel" oyununun biletləri satışa çıxarıldı
-
15:12
Zubirdən vida mesajı: “İnanılmaz sevgiyə görə təşəkkür edirəm”
-
14:44
İki boksçumuz Avropa çempionatının 1/4 finalında
-
14:31
Azərbaycanda BCF-nin 150-ci məşqçilik proqramının iştirakçılarına sertifikatlar verilib
-
14:00
Zubir “Qarabağ”dan getdi
-
13:29
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
-
12:18
Şose velosipedi üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:37
"Hapoel Beer-Şeva" "Sabah"la oyundan əvvəl darmadağın oldu VİDEO
-
11:03
"Ayaks"ın vingeri PSJ-yə keçdi
-
10:45
Salah debüt etdi, "Trabzonspor" büdrədi VİDEO
-
10:22
Millimizin üzvü Macarıstan qol hesabını açdı
-
10:04
"Fənərbaxça" mövsümə məğlubiyyətlə başladı VİDEO
-
09:51
Toral “Bursaspor”da növbəti oyuna çıxdı
-
22:43
"Sabah" "Kəpəz”i məğlub etdi
-
22:28
"Araz-Naxçıvan" - "İmişli" matçında qalib aşkarlanmadı VİDEO
-
22:11
Cavid Hüseynov: “Potensialımız bundan daha çoxdur”
-
21:45
Cenk Sümer: “Transferlərimiz “nöqtə atışlarıdır”
-
20:57
“Sumqayıt”da portuqaliyalı müdafiəçi
-
19:39
"Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
-
18:12
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu!
-
16:44
Farajdan vida sözləri: “Neftçi”yə hər zaman böyük hörmət və sevgi bəsləyəcəyəm”
-
14:00
Ferran Torres PSJ-yə keçdi
-
13:26
"Neftçi" amerikalı legioneri heyətinə qatdı
-
12:58
Romero rəsmən “Atletiko”da
-
12:37
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
11:15
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:41
Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
-
10:23
İtaliyalı futbolçu karyerasını başa vurdu
-
10:09
"Qalatasaray"dan uğursuz start VİDEO
-
09:52
Cəlal oynadı, komandası qalib gəldi
-
09:34
“Traktor” mövsümə qələbə ilə start verdi
-
23:25
"Turan Tovuz" 3 xalı tək qolla qazandı VİDEO
-
23:04
Kurban Berdıyevdən qələbə şərhi
-
22:51
Kaxaber Sxadadze: “Turan Tovuz”un ciddi qol epizodları olmadı”
-
22:13
“Səbail” Boludakı ilk oyununda qalib gəldi
-
21:36
İmad Faraj “Neftçi”dən getdi
-
21:28
"Turan Tovuz" mövsümə qələbə ilə başladı
-
20:09
Yeni mövsümün ilk qolu vuruldu
-
18:42
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
16.08.2026
15.08.2026
14.08.2026
























