3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Qəbələ”nin 3 futbolçusu üçün yubiley

Azərbaycan Premyer Liqasının XXX turu “Qəbələ”nin futbolçusu Ramon Maçado üçün ikiqat əlamətdar olub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu Azərbaycan çempionatında 50-ci oyununu keçirib. “Neftçi” ilə matçda hesabı açan legioner Premyer Liqada 10-cu qolunu vurub.

2022-ci ilin yayında “Qəbələ”yə keçən Maçado bunadək “Neftçi”də çıxış edib. O, Bakı klubunda 24, “qırmızı-qaralar”ın heyətində 26 çempionat görüşündə şans qazanıb. Ramon hər iki komandanın forması ilə eyni sayda - 5 qola imza atıb.

“Neftçi” ilə görüş “Qəbələ”nin daha iki braziliyalı futbolçusu üçün əlamətdar olub. Rafael Utziq və Felipe Santos Premyer Liqada yubiley matçına çıxıb. Yalnız “Qəbələ”də çıxış edən Rafael 75-ci çempionat qarşılaşmasında şans qazanıb. Felipe isə Premyer Liqadakı oyun sayını 50-yə çatdırıb. O, əvvəllər “Şamaxı”da forma geyinib. Bu matçlarda Utziq 14, Felipe 9 dəfə fərqlənib.

Xatırladaq ki, “Qəbələ” səfər matçında 2:1 hesablı qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31