Ölkə futbolu
Sərxan Hacıyev: "Futbolun inkişafı üçün hazırkı kursu davam etdirməliyik"
"Elxan müəllimin təyin olunduğu vəzifə kifayət qədər yüksəkdir. Hesab edirəm ki, futbolumuzun inkişafına da müsbət təsir göstərəcək".
Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Funksioner bildirib ki, baş katib kimi qarşısına müəyyən məqsədlər qoyulub: "İlk növbədə hazırkı kursu davam etdirməliyik. Buraya tək futbol yox, futzal, çimərlik və qadın futbolu da daxildir. Bilirsiniz ki, qadın futboluna böyük diqqət yetiririk. Düzdür, hərdən böyükhesablı məğlubiyyətlər olur. Daha əvvəl Elxan müəllim xahiş etmişdi ki, Bu".
Onun sözlərinə görə, hazırda gündəlikdə bəzi məsələlər var: "VAR sistemini fevral ayında tətbiq etmək istəyirdik, alınmadı. Amma işi sona çatdırmaq lazımdır. Ötən həftə sınaqdan keçirildi. Bu həftə də olmalı idi. VAR-ın tətbiqi hər ölkədə eyni deyil, bir-birindən fərqlənir. Bunun əsas qaydası odur ki, VAR-ın tətbiqi üçün 28 oyun keçirilməlidir və sonuncu matçda heç bir problem olmamalıdır. Həmçinin 2 klubun Premyer Liqaya buraxılması məsələsi müzakirə olunur. Hər hansı fors-major hal olmasa, proses gerçəkləşəcək".
Hacıyev qeyd edib ki, geridə qalan müddət ərzində beynəlxalq tədbirlərin keçirilməsində də Elxan Məmmədovun məqsədi futbolu inkişaf etdirmək olub: "Həm təşkilatçılıq, həm də milli komandalar səviyyəsində ciddi işlər görülüb. Düzdür, hələ ki, A milli səviyyəsində ciddi uğurumuz yoxdur. Görülən işləri davam etdirəcəyik. Hər iki amil ölkəmiz üçün vacibdir. Birini digərindən fərqləndirməyəcəyəm və hər ikisinə böyük diqqət ayıracağam".
Baş katib E.Məmmədovun əsas işinin Fransa və FIFA ilə bağlı olacağını söyləyib: "Fransaya yola düşməli və mayın 1-dən fəaliyyətə başlamalıdır. Həmin departament əvvəl FIFA-nın baş ofisində fəaliyyət göstəririrdi. Elxan Məmmədov ancaq FIFA-nın işçisi olacaq və AFFA-da ictimai əsaslarla fəaliyyətini davam etdirəcək. Digər məsələlər isə tam olaraq, baş katibin səlahiyyətinə keçəcək".
Hacıyev AFFA-nın icraçı vitse-prezidentinin təyinatını son bir neçə gün ərzində öyrəndiyini vurğulayıb: "Məndə də məlumat yox idi. Amma düşünürəm ki, bu, mənim baş katibi təyin olunmağımla bağlı məsələ deyil".
AFFA rəsmisi bölgə futbolu ilə bağlı müəyyən layihələrin olduğunu əlavə edib: "Sadəcə, indi açıqlaya bilmirəm. "Şamaxı"nın "Neftçi"yə qarşı oyununda azarkeş dəstəyini hiss etdim. Ab-hava çox gözəl idi. Bu amil sübut etdi ki, bölgələrdə futbolu inkişaf etdirmək lazımdır. Regionlarda azarkeş amili böyük rol oynayır. Bu gün üçün əsas hədəf 2 klubun Premyer Liqaya gəlməsidir. Ümumi vəziyyət onu göstərir ki, bunlar "Kəpəz" və "Turan Tovuz" klublarıdır. Lisenziyalaşdırma Komissiyasının iclasından sonra bu komandalar Premyer Liqaya hazır olsalar, böyük ehtimalla elitada iştirak edəcəklər".
AFFA-ya gəlişinədək hakimlik və şahmatla məşğul olduğunu deyən Hacıyev ilk işinin milli assosiasiyada olduğunu deyib: "Əliyar Ağayev və Orxan Məmmədovla eyni vaxtda hakimlik etmişəm. Özümü laysman kimi daha rahat hiss edirdim. Hakim üçün ən önəmli amil qətiyyət və kənardan gələn səslərə fikir verməməkdir. İlk dəqiqədə bu səhvləri etdinsə, davamı gələcək. Bu gün VAR söhbəti gündəmdədir. Məncə, lazımlı addımdır. Doğrudan da 2018-ci il dünya çempionatına baxsaq, görərik ki, VAR sistemi bəlkə də çempionluğun taleyini dəyişdi. VAR-ın qərarından sonra Almaniya qrupda qaldı".
Hacıyev uşaq futboluna da toxunub: "Əsas odur ki, liqaların davamiyyəti təmin olunsun. Hazırda bu proses gedir. Bu, bir az texniki sahəyə olan sualdır. Həmçinin idman kriteriyasında belə bir məsələ var ki, yüksək liqada oynamaq istəyən klubların aşağı yaş qrupları üzrə komandaları olmalıdır. Düşünürəm ki, bu məsələdə daha ciddi olmalıyıq. Müəyyən qədər yumşalma olsa, bəzi klublar uşaq komandalarından da imtina edə bilər".
O, qadın futbolu ilə bağlı UEFA-dan məktub aldıqlarını bildirib: "Qurum öz yarışlarında iştirak üçün bunu tətbiq etməyə başlayıb. Ya 2023/2024, ya da 2024/2025 mövsümündən bu həyata keçiriləcək. Premyer Liqada iştirak edən komandalarda bu məsələnin tətbiqi gündəmdədir".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
14:15
Viçko Şevel: “Rəqibdən daha yaxşı idik, 2 xal itirdik”
-
13:46
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
-
13:01
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
-
12:39
5 boksçumuz Avropa çempionatının finalına yüksəlib
-
11:57
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:43
Veronika Jilina Almatıda keçirilən yarışda 6-cı yeri tutub
-
10:14
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi VİDEO
-
09:52
Mahir Emrelinin komandası yenə xalsız qaldı
-
09:40
Dünya çempionatı: Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq
-
09:30
"Qalatasaray" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:20
"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı
-
23:53
Millimiz “Antalyaspor”a qalib gəlib
-
23:00
“Neftçi” xal itirdi VİDEO
-
22:35
Vernidub: “Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”
-
21:29
"Neftçi” ən yaxın izləyicisi ilə oyunda xal itirdi
-
21:17
Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü
-
20:06
"Kəpəz"in "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:41
"Neftçi" - "Sabah": Heyətlər müəyyənləşdi
-
18:52
NBA-nın ulduzu “Atletiko”nun sahiblərində biri oldu
-
18:34
Dünyanın ən çox maaş alan məşqçisi oldu
-
18:18
Batut və tamblinq gimnastikası üzrə növbəti Azərbaycan birinciliyi keçiriləcək
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
10.10.2026
09.10.2026
08.10.2026
























