Ölkə futbolu
"İnter Arena" düyünü və gücü çatmayan Rövnəq Abdullayev
"İnter"in bazasının əlindən alınacağı haqda hələ bir müddət əvvəldən xəbərlər yayılmışdı. Azərbaycan Beynəlxalq Bankının borclarının qaytarılması üzrə məsul şəxs - “Aqrarkredit”in rəhbəri Məmməd Musayev ("Şapka Mamed") klubun bazasına gələrək, aqressiv şəkildə oranı tərk etmələrini tələb etmişdi. Dünən "İnter"in Müşahidə Şurasının sədri Zaur Axundov açıqlamasıyla məlumatı təsdiqlədi: "İnter" 2-3 günə bazanı tərk edib, "Dalğa Arena"ya yerləşəcək".
Əslində, mahiyyətcə çox böyük hadisə olsa da, ajiotajı zəif oldu. Görəsən nəhəng bir baza niyə belə asanlıqla klubun əlindən alındı?
Müxtəlif versiyalar/mülahizələr yürütmək olar, ancaq əksəri hüquqi arqumentlərə əsaslanmır. Araşdırmalar da faydasızdır, tərəflər məsələnin açıqlanmasını istəmir, buna cəhd etməyimiz də nəticəsiz qalır.
Bazanın "İnter"in əlindən alınması üçün məhkəmə qərarı olmalıdı. Ancaq belə bir qərar görünmür, göstərilməyib, bu məsələdə şəffaflıq hiss edilmir.
Biz sadəcə müşahidələrimiz, əldə etdiyimiz informasiyalar sayəsində bir neçə reallığa yaxın versiyanı sizə təqdim etmək istəyirik.
Əldə etdiyimiz məlumata görə, "İnter" 2012/13 mövsümündə ABB-dən kredit götürüb. Yaxud klubun adından müəyyən məbləğ götürülüb və s. Zaman keçib, ancaq borcun bir hissəsi qaytarılmayıb, get-gedə faizlər "şişərək" 40 milyon həndəvərində bir məbləğ əmələ gətirib. Bildiyimiz kimi, ABB-nin problemli kreditlər məsələsi ölkənin ən ciddi problemlərindən biridir və bir müddətdir ki, dövlətin icazəsi ilə bu işlərlə məhz "Aqrarkredit" məşğul olur. Bu təşkilatın belə aqressiv, qətiyyətli şəkildə bazanı müsadirə eləməsi hüquqi əsas olmadan mümkün ola bilməzdi. Ancaq qeyd etdiyimiz kimi, ortada bir sənəd də yoxdur.
Müəyyən ehtimallara görə, məsələyə "bandotdel" qarışıb və tapşırıq ordan gəlib, digər versiyada isə məhkəmə qərarının olduğu, bazanın adıçəkilən təşkilatın balansına tam hüquqi əsaslarla köçürüldüyü deyilir. Hətta bir müddət sonra "İnter Arena"nın auksiona çıxarılacağı da vurğulanır. Bütün bunlar həqiqətə yaxın, ancaq mütləq əsas deyil. Odur ki, biz araşdırmalarımızı davam etdiririk. Tərəddüd yaradan ən böyük sual isə budur ki, görəsən, AFFA bu məsələdə kluba niyə dəstək verməyib?
Yoxsa bunu bacarmayıb?
Subyektivimizə görə, borc dövlətə olduğu üçün assosiasiya rəhbərliyi, konkret Rövnəq Abdullayev işə müdaxilə etmək istəməyib. Əgər bu baş versəydi, onda Abdullayev ən pis və ən yaxşı halda 40 milyonu ödəməliydi. Bu isə namümkün görünür...
Belədə suallar yaranır.
Bəs bir neçə il əvvəl - "Şəfa" adlanan zaman bazanı 4-5 milyon manat arası bir məbləğə ABB-yə satan AFFA bu riskləri niyə nəzərə almırdı? OK, bilmək olmazdı ki, ABB-nin ovaxtkı prezidenti Cahangir Haciyevin dönəmində saysız problemlər qalaqlanmaqdadır. Məsələnin bu tərəfi deyil, AFFA ilə ABB/"İnter" PFK arasında alqı-satqıdadı. Əgər bazanın qiyməti o qədər idisə, onda ABB hansı əsasla qeyd olunan məbləğdən bir neçə dəfə artıq miqdarda kredit verib? Deməli, ortada maxinasiya faktoru var.
Məlumatlı mənbə "FutbolPress"ə bildirdi ki, əslində, AFFA-nın bazanı "İnter"ə satması ətrafında qiymət açıqlanmasının prosesdən 2 il sonra baş verməsi də elə-belə deyildi. Alqı-satqını ictimaiyyətdən gizlədən tərəflərin niyyəti pozulub. Bu haqda mətbuatda müxtəlif ifşaedici informasiyalar yayılandan sonra AFFA tərəfi yalan olaraq açıqlayıb ki, baza banka 4.2 milyona satılıb.
Əslində isə bu alqı-satqı 12 milyona başa gəlibmiş...
Bu məsələdə maxinasiyaya yol verildiyi məlumdur, ancaq ortaya çıxarılmayıb, araşdırılmayıb və s.
Hazırda yaranan durum isə məhz o vaxt AFFA-nın məsələyə qeyri-peşəkar yanaşması ucbatından yaranıb. Şəxsi mənfəətlər hazırda "İnter"in və ölkə futbolunun çox geniş bir bazadan məhrum olmasına gətirib çıxardı.
Bizdə olan məlumata görə, klubun Müşahidə Şurasının sədri Zaur Axundov son anadək Rövnəq Abdullayevin, yaxud AFFA-nın baş katibi Elxan Məmmədovun prosesə müdaxilə edəcəyini gözləyib, lakin nə prezident, nə də bu məsələnin həllinə təsir edə biləcək gücdə olmayan baş katib addım atıb.
Deyilənə görə, "Şapka Mamed" ləqəbli şəxsin Rövnəq Abdullayevə münasibəti yaxşı deyil. O, məhz buna görə aqressiv şərtlər tətbiq edib və heç bir güzəştə getməyib. Maraq üçün əlavə edək ki, bu, Abdullayevin ölkə futbolundakı portretinə kifayət qədər ciddi zərbə sayıla biləcək bir hadisədir. Və kuluarlarda gəzən söz-söhbətə görə, uzaq olmayan gələcəkdə Abdullayevdən qisas almaq məqsədiylə başqa klanlar da tutarlı hücumlar edəcəklər.
Hazırkı durumda isə itirən Azərbaycan futboludu, dövlət büdcəsidi. "İnter" kimi uğurlu bir klubun taleyi sual altında, ölkənin üç ən böyük futbol bazasından biri, "İnter Arena" isə mücərrəd taleyin ümidinə qalıb.
Mənbə: futbolpress.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
-
18:39
“Qarabağ” "Zirə”yə qalib gəldi
-
18:06
“Qəbələ” yaponlara məğlub oldu
-
17:43
“Yuventus” heyətini iki yeni futbolçu ilə gücləndirəcək
-
16:25
“Turan Tovuz” və “Fənərbaxça” nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLENT
-
15:51
"Qəbələ" albaniyalı yarımmüdafiəçi transfer etdi
-
15:18
“Mançester Yunayted” ona yeni sözləşmə təklif edəcək
-
14:32
“Komo”nun yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
14:00
“Barselona”da yeni müqavilə
-
12:49
Monteneqro millisi Latviyadan 3 xalla qayıtdı VİDEO
-
12:27
Gimnastlarımız İtaliyada 5 qızıl, 1 gümüş medal qazanıblar
-
11:54
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
-
11:36
“Qarabağ”ın qapıçısı İsveçlə matçı ehtiyatdan izlədi
-
11:13
Millidə Puxaçın xidmətinə ehtiyac duyulmadı
-
10:45
"Neftçi" "Araz-Naxçıvan"dan üstün oldu VİDEO
-
10:21
Beynəlxalq Cüdo Federasiyasının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
-
10:08
Varkonyinin millidə debütu yenə təxirə salındı
-
09:52
Türkiyə millisi Belçikaya da uduzdu VİDEO
-
09:30
Yankoviç oynadı, komandası 3-də 3 etdi
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
03.10.2026
02.10.2026
























