5 Mart 2026, Cümə axşamı
Qurban Qurbanovdan qələbə şərhi
“Penaltini yerinə yetirə bilsəydik...”
"Qarabağ" yarımfinala yüksəldi
"Zirə" ilk yarımfinalçı oldu

Ölkə futbolu

Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."

Vensan Abubakarın “Neftçi”yə keçidinə Türkiyə mətbuatı da yer ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, duhuliye.com portalı bu keçiddə “Neftçi”nin baş icraçı direktoru Cenk Sümerin böyük pay sahibi olduğunu yazıb.

Qeyd olunub ki, daha əvvəl “Beşiktaş”da çalışan Sümer 2023-cü ildə kamerunlu forvardı İstanbul klubuna geri qayıtmağa razı salmışdı. İndi isə o, Abubakarın “Neftçi”yə gəlişində rol oynayıb.

Portal kamerunlu forvardın Bakı klubuna havayı transfer olunmasını xüsusi qabardıb. Xatırladaq ki, “Neftçi” ulduz futbolçu üçün transfer haqqı ödəməyib.

Türkiyə mətbuatı onu da yazıb ki, Abubakar “Neftçi” ilə 1+1 illik müqavilə imzalayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31