8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Xarici futbol

Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi

Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsində son turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, C qrupunda yer alan “Neftçi”nin yarımmüdafiəçisi Sessi D`Almeydanın formasını geydiyi Benin yığması son turda Nigeriyanın qonağı olub.

Matç Nigeriyanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qalatasaray”ın ulduzu Viktor Osihmen bu görüşdə het-trik etməklə komandasının qələbəsində böyük pay sahibi olub.

Son tura qədər qrup lideri olan Benin millisi bu məğlubiyyətdən sonra 17 xalla üçüncü yeri tutub. Bununla da Sessi D`Almeyda və komanda yoldaşlarının mundiala yollanmaq arzusu puç olub. Nigeriya millisi də qrupu 17 xalla başa vursa da, topların daha yaxşı fərqinə görə ikinci yeri tutub və pley-offda iştirak hüququ qazanıb.

Qrup qalibi isə 18 xal toplayan CAR millisi olub və bu komanda mundiala birbaşa vəsiqə qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30