20 Sentyabr 2026, Bazar günü
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı
“Neftçi" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

Qurbanov BBC-yə danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə oyun öncəsi BBC-yə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə klublar arasındakı səviyyə fərqinə toxunub:

“Təəssüf ki, biz indiyə qədər İngiltərə klublarını məğlub edə bilməmişik. Çünki Premyer Liqa dünyanın ən yüksək səviyyəli, ən güclü liqasıdır. “Çelsi”ni Bakıda qəbul etmək bizim üçün yaxşı nailiyyətdir və bu kiçik futbol ölkəsinin inkişafına kömək edəcək”.

“Qarabağ” 2017/2018 mövsümündə də “Çelsi” ilə üz-üzə gəlib. “Zadəganlar” Çempionlar Liqasının qrup mərhələsinin Londondakı matçında 6:0, Bakıdakı görüşündə isə 4:0 hesabı ilə üstün olub. Q.Qurbanov o vaxtdan indiyə qədər çox şeyin dəyişdiyini, ancaq hələ də klublar arasında böyük fərq olduğunu bildirib: “Qarabağ” o vaxtdan indiyədək çox inkişaf edib, bununla belə, klublar arasında fərq hələ də çox böyükdür. Biz ayaq üstə durmağı, futbolumuzu oynamağı, mübarizə aparmağı və azarkeşlərimiz üçün gözəl oyun göstərməyi bacarmalıyıq. İstənilən hesablı qələbə bizim üçün yaxşı olardı”.

BBC klubların büdcələri arasında olan kəskin fərqi də qabardıb. “Qarabağ”ın büdcəsinin təqribən 24 milyon avro, “Çelsi”də isə bu rəqəmin 1 milyarddan çox olduğu qeyd edilib. Q.Qurbanov isə işini mövcud büdcəyə uyğun qurduğunu bildirib: "Mən heç vaxt büdcəyə diqqət yetirməmişəm. Sadəcə buna uyğunlaşmağa çalışıram. Məqsədlərimizə çatmaq üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Çelsi” matçı saat 21:45-də başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30