3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Futzal

Millimizin üzvü: “Zəfər günlərinə qatqımızın olmasını istəyirdik”

VI İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxan Azərbaycan millisi Liviya ilə qarşılaşıb və 5:4 hesabı ilə qalib gəlib. Sözügedən oyunda Fərid Abbasov het-trik etməklə diqqət mərkəzinə düşüb.

Futbolxeber.az saytının məlumatına görə, gənc futzalçı Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib. O, matç haqqında fikirlərini bölüşüb və vurduğu qollardan danışıb: “Hər birimiz meydanda əla mübarizə apardıq. Hazırkı baş məşqçinin rəhbərliyi altında ilk oyunumuz idi. Çalışdıq ki, həm nəticə yaxşı olsun, həm də oyun planında fərqlənək. Düzdür, İslam Həmrəyliyi Oyunlarında ilk matçımız idi, buna görə də komandamızda həyəcanlı olanlar da var idi. Ancaq hamımız qələbə qazanacağımıza inanırdıq. Rəqibi zəif hesab etmirdik, özümüzə inamımız böyük idi. Əlbəttə, heç bir qələbə asan qazanılmır. Oyun gərgin keçdi. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. Amma daha çox milli komandanın düşərgəsində az olmağımızla əlaqələndirərdim.

Het-trik etdim. Bu, millidə ilk belə göstəricimdir. Qol vurmaq vacibdir, əsas olan komandaya kömək etmək, irəli getməsində pay sahibi olmaqdı. Zəfər günlərini yaşadığımız vaxtda millinin də bu sevincə qatqısı olmasını istəyirdik”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31