Ölkə futbolu
Qurban Qurbanov: “Çelsi”nin qarşısını beşli müdafiə ilə almağı düşünməmişəm”
"Bizi çox maraqlı oyun gözləyir. Güclü, böyük tarixə malik komandaya qarşı oynayacağıq. Belə klubların Azərbaycana gəlməsi, azarkeşlərin bu cür futbolçuları Bakıda görməsi əlavə bir stimuldur".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Çelsi"yə qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını vurğulayıb və daha sonra jurnalistlərin suallarını cavablandırıb: “Komandamıza gəldikdə, oyuna pis hazırlaşmamışıq. Çox istəyirik ki, sabah meydanda mübariz oyun göstərək. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlərimiz ən azı bizim oyunumuzdan razı qalacaqlar. İngiltərədən gələn qonaqlarımız var. Diqqətimdən yayınmadı. Gözəl Bakımıza xoş gəliblər”.
- "Çelsi" Bakıda məşqə çıxmadı. Bir komandanın rəqib meydanında ot ötüyünü yalnız oyun günü hiss etməyi nə dərəcədə önəmli ola bilər? "Qarabağ" üçün kiçik də olsa, bir üstünlük yarada bilərmi?
- İnanmıram ki, bu hallar belə böyük klubların oyununa təsir etsin. Maraqlansan, bəlkə də çox belə hallarla üzləşiblər. "Çelsi" kimi komandalar üçün oyun günü meydana çıxmaq o qədər də problem yaratmamalıdır. Biz özümüz də bu cür hallarla qarşılaşmışıq. Bəzi səfərlərimiz olub ki, matçdan 1 gün əvvəl məşqimizi Bakıda etmişik, yalnız oyun günü səfərdə meydanı hiss etmişik, çıxıb oyunumuzu oynamışıq. Bilirsiniz, İngiltərə ilə Azərbaycan arasında saat fərqi çoxdur. Əksinə, bu, onların öz işlərinə nə qədər ciddi, peşəkar yanaşdıqlarını göstərir. Böyük ehtimalla, onlar London rejimi ilə davam edirlər. Bunu nəzərə alıb, rahatlıq tapmalı deyilik.
- "Çelsi"nin bəzi futbolçular zədə səbəbindən meydana çıxa bilməyəcək. Bunlar "Qarabağ" üçün ən azı psixoloji üstünlük yarada bilərmi?
- Ümumiyyətlə, belə böyük komandaların 1-2 futbolçusunu müzakirə etmək düzgün olmaz. Çünki böyük, qarşısına çox nəhəng hədəflər qoyan klublardır. Biri yoxdursa, ikisi var, ikisi yoxdur, üçü var. Onların heyəti həddindən artıq genişdir. Biz belə xırda detalları axtarmalı deyilik. Əksinə, daha çox onların əsas oyun sisteminə uyğunlaşmalıyıq. Çünki 1-2 futbolçularının zədəli olması oyunlarında ciddi fərq yaratmır. Əksinə, bəzən olur ki, digərləri oynadıqda daha aktiv çıxış edirlər, daha çox problem yaradırlar. Nəzərə alınacaq bir şey deyil.
- Daha əvvəl İngiltərə klubları ilə qarşılaşmısınız, lakin qələbə qazana bilməmisiniz. Sabah qalib gəlsəniz, bu, "Qarabağ"dakı ən böyük qələbəniz olar?
- Xoş gəlmisiniz (sualı verən ingiltərəli jurnalistə - red.). "Çelsi" kimi böyük klublara qalib gəlmək çox önəmlidir. Çünki reallığa baxsaq, biz hazırda kiçik futbol ölkəsi kimi tanınırıq. Belə bir ölkənin komandasının bu cür böyük komandaya qalib gəlməsi gələcək üçün stimul, inam olar. Amma əlbəttə ki, hələlik biz İngiltərə klublarına qalib gələ bilməmişik. Hətta 1 xal da qazana bilməmişik. İngiltərə Premyer Liqası tam başqa bir səviyyədir. Həmişə bildirmişəm ki, İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır. Bütün göstəricilərdə digər çempionatları üstələyir. Biz belə ölkənin komandalarına qarşı məğlub olsaq belə, qazanmış sayılırıq. Biz möhkəm dayanmağı, inamlı mübarizə aparmağı bacarmalı, azarkeşlərimizi yaxşı oyunla sevindirməliyik. Məğlub olmamaq, qələbə qazanmaq əlbəttə ki, böyük bir üstünlükdür. Amma hər bir halda "Çelsi"nin Bakıya gəlməsi bizim üçün bir uduşdur, onlara qarşı çıxıb oynamaq isə ikinci uduşumuzdur.
- 2017-ci ildə də "Çelsi" ilə 2 oyun keçirdiniz. Həmin vaxtla indiki dövr arasında hansı fərqlər var?
- Ümumiyyətlə, 2017-ci illə indiki dövrü müqayisə etsək, futbol həddindən artıq inkişaf edib. O vaxt da komandalar arasında fərq çox idi. İndi isə daha artıqdır. Bəlkə də o Vaxt bizim zəif tərəflərimiz çox idi. İndi təcrübəmiz artıb. Amma buna baxmayaraq... İngiltərədə futbol həddindən artıq inkişaf edib. Çox sürətlə irəliləyirlər. Biz nə qədər təcrübə qazansaq da, irəliləsək də, "Çelsi" daha çox inkişaf edir. Bu, bizim üçün təhlükədir. Amma dediyim kimi, Bakıda dünya çempionuna qarşı, finalda PSJ-yə 3 qol vuran komandaya qarşı çıxış etmək bizim üçün böyük stimuldur. Fərq böyük olsa da, hər bir halda yaxşı, mübarizəli oyun göstərməyə çalışırıq.
- "Çelsi"də bəzi oyunçuların olmaması "Qarabağ"da müəyyən dəyişikliklərə təkan verəcək?
- "Çelsi" son vaxtlar rotasiyalar edir. Bəzən Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə oynayır. Öz oyun üslublarına sabit qalırlar. Sadəcə 2 detal var ki, onu icra edirlər, dəyişiklik olur. Biz bütün bu detalları futbolçularımıza bildirmişik, göstərmişik. Lakin yenə deyirəm, belə komandaların heyət dəyişməsi onlar üçün o qədər də fərq yaratmır. Biz isə öz bildiyimizin üzərində quracağıq oyunumuzu. Sadəcə eynilə biz də ola bilsin ki, matçın gedişatında xırda detallardan istifadə edək. Hər bir halda futbolçularımız bu oyundan zövq almalıdırlar və sonadək inamla, yaxşı mübarizə aparmalıdırlar.
- Start heyətini böyük ölçüdə müəyyənləşdirmisinizmi?
- Təxminən müəyyənləşdirmişəm. Amma kiçik bir sual var. Bizim sabah səhər də məşqimiz olacaq. Böyük ehtimalla, orada tamamlayacağıq.
- Musa Qurbanlının durumu necədir?
- Musa 2-3 gündür fərdi məşqlərə başlayıb. Təxminən 10 gün heç nə etmədi. Amma 3 gündür ki, fərdi məşqlər edir.
- Sualım gələcəkyönümlüdür. "Qarabağ" artıq 6 xal toplayıb. İlk 24-lüyə düşsək, qışda hücumçu transferi gözlənilirmi?
- İlk 24-lük yalnız yanvar ayının sonunda bəlli olacaq. Bu haqda çox düşünmək istəmirik. Biz istənilən halda hücumçu axtarışında idik. Hücumçu transfer etmək istəyirik. Əlavə olaraq da bir neçə mövqeyə transfer düşünürük. Biz həmişə çalışmışıq ki, transfer pəncərəsində maksimum iş görək, komandamız üçün faydalı olsun. İstənilən halda biz transferlər üçün heç bir nəticəni gözləmirik. Transferlər işlərimiz işimiz daim davam edir.
- "Çelsi"nin baş məşqçisi Enzo Mareska "Qarabağ"la oyunun çox çətin keçəcəyini bildirib. Həmçinin sizi də səciyyələndirib ki, 17 il bir komandanın baş məşqçisi kimi fəaliyyət göstərmək inanılmaz nəticədir. Bu fikirlərə münasibətiniz necədir?
- Əlbəttə ki, belə fikirlər bildirdiyinə görə təşəkkür edirəm. İkinci növbədə isə bu, onun peşəkarlığını göstərir. Yəni o, bizimlə yaxından maraqlanıb, bu oyuna ikinci dərəcəli bir matç kimi baxmır. Çünki burada qazanılan hər xal onların liderliyinə böyük bir təkandır. Bu klub - məşqçilər, futbolçular çox peşəkardırlar. Elə ona görə də belə səviyyəyə çatıblar. Bir daha təşəkkür edirəm.
- Enzo Mareska "Sanderland"ə məğlub olduqları oyundan sonra açıqlama vermişdi ki, biz onların dördlü müdafiə ilə oynayacaqlarına hazırlaşmışdıq, lakin beşli müdafiə ilə meydana çıxdılar, bütün planlarımız alt-üst oldu. "Çelsi" doğrudan da beşli müdafiəyə qarşı oynayanda xal itkisinə məruz qalır. Sabah “Qarabağ” Enzo Mareskaya belə bir sürpriz edə bilərmi?
- Bəlkə də nəsə əldə etmək üçün belə bir fikir bildirib. Çünki "Çelsi" kimi böyük komandaların yalnız sıx qrafikə görə problemləri ola bilər. Bəzən futbolçu yorğun olanda öz potensialını tam üzə çıxara bilmir. Mən hazırda beşli müdafiə ilə oynamağı xoşlamıram. Futbol isə bizim kimi komandalara beşli müdafiəni tələb edir. Mən həmişə bildirmişəm ki, biz indiyədək qazandığımız uğurları öz sistemimizə görə bacarmışıq. Bəzi matçlarda müdafiəyə meyilli oyunu, bəzilərində dağıdıcı futbol qurmaq olar. Lakin belə halda uzunmüddətli uğur əldə etməyi görmürəm. Hə, elə komandalar var ki, beşli müdafiə ilə dominant futbol oynayır. Bu, başqa məsələdir. Amma bu gün "Çelsi"nin qarşısını beşli müdafiə ilə almağı düşünməmişəm. Amma oyunun gedişatında düzülüşdə müəyyən dəyişiklik etmək olar. Bəlkə də sırf müdafiəçi ilə yox, hücumçu ilə. Hazırda fikrimi tam ifadə etməyəcəyəm.
- Türkiyədəki klubların bir futbolçuya xərclədiyi pul ilə bütün heyəti qurursunuz və sonda siz də onlar qədər uğurlu olursunuz. Bu uğuru nə ilə əlaqələndirərsiniz?
- Mən özümüzü o komandalarla yan-yana qoymaq istəmirəm. Oların öz idarəçiliyi, futbol fəsləfələri var. Heç vaxt düşünməmişəm ki, bu klubun büdcəsi çoxdur, mənim azdır, mən daha yaxşı nəticə verirəm. Hər bir kluba hörmətlə yanaşıram. Sadəcə mən həmişə çalışmışam ki, düşdüyümüz duruma uyğun addım ataq və maksimum istifadə edək. Əgər bu gün hansısa uğuru qazanmaq imkanımız varsa, onu yalnız işgüzarlıqla əldə etmək istəyərdim. Çünki bu, daha ləzzətli olur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- AFFA PFL-ə qarşı açıq hücuma keçib - Məqsəd qurumun ləğvidir
- "Sabah"ın məşqçisinin qeyri-etik jesti qalmaqala səbəb oldu
- “Səbail” kapitanı ilə yollarını ayırır
- Berdıyevdən mini master-klass
- “Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbə
- “Zirə”nin yeni transferi: “Həyati təhlükəm olduğu üçün oradan ayrıldım”
- Futzal millimizdə yeni məşqçi təyinatı
- “Səbail” Adil Şükürovla yola davam edir
- “Neftçi”dən alqışlanası addım: O tribunaya Anatoli Banişevskinin adı verildi
- Qurbanov məğlubiyyəti şərh etdi
- Qurban Qurbanov: “Bizə ədəbsizlik etmişdi, bildirdim ki, üzr istəmək lazımdır”
- Ceykob Merfi: “Qarabağ”a qarşı oyunumuz mövsümdəki ən yaxşı matçımız idi”
- Elvin Cəfərquliyev: “Daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq”
- “Berdıyevin necə güclü məşqçi olduğunu hələ Rusiyada çıxış edərkən bilirdim”
-
22:42
"Neftçi" "İmişli"ni meydana çıxmağa peşman etdi VİDEO
-
22:00
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
-
21:23
“Qarabağ” uduzdu, “Neftçi”dən darmadağın
-
20:38
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
-
19:09
"Qarabağ" "Kəpəz"ə məğlub oldu VİDEO
-
18:46
Azər Bağırovdan qələbə şərhi
-
18:31
Qurban Qurbanov: “Penalti olduğunu düşünürəm, Rauf Cabbarov da sağ olsun”
-
17:25
“Zirə”dən Ruanda yığmasına
-
16:54
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
-
15:17
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
-
14:00
Orxan Məmmədov: “Heyətimizə əl gəzdirsək, bu məqsədə çata bilərik”
-
13:42
Millimizə 27 futbolçu dəvət aldı
-
12:38
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb
-
12:23
Basketbol millimiz Türkiyədə bürünc medal qazanıb
-
11:49
“Qarabağ”ın hücumçusu Kolumbiya millisindən kənarda qaldı
-
11:06
"Böyük Dəbilqə": İlk gündə 4 cüdoçumuz mübarizəyə start verir
-
10:51
"Selta" "Lion"u mübarizədən kənarlaşdırdı VİDEO
-
10:35
"Qarabağ"ın səfər, "Neftçi"nin ev sınağı
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
II Liqada 22-ci turun oyun cədvəli açıqlandı
-
09:47
"Beşiktaş"ın qələbəsi VİDEO
-
09:30
“Neftçi”dən azarkeşlərə çağırış: Novruz ab-havalı fan-zona sizi gözləyir!
-
23:31
"Neftçi" "İmişli" ilə oyuna hazırdır FOTOLENT
-
22:47
"Böyük Dəbilqə": Cüdoçularımızın ilk rəqibləri bəlli olub
-
22:19
U-21 millimizin heyəti açıqlandı
-
21:22
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
-
21:05
"Zirə" "Karvan-Yevlax"a çətinliklə qalib gəldi
-
20:53
"Neftçi" "İmişli" ilə oyuna itki ilə çıxacaq
-
19:36
"Karvan-Yevlax" - "Zirə" matçında tək qol VİDEO
-
19:14
Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
-
18:48
Füzuli Məmmədov: "Qolumuz sayılmalı idi"
-
18:25
Rəşad Sadıqov: "Təqvimə baxanda qorxulu yuxuya bənzəyir"
-
17:57
Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri başlayıb
-
17:32
I Liqada 19-cu tura yekun vuruldu
-
17:11
“Neftçi” İK vahid lider oldu
-
16:00
Azərbaycanı Barselonada üç paraüzgüçü təmsil edəcək
-
15:47
II Liqada 21-ci turun oyun cədvəli açıqlandı
-
14:26
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
-
14:03
Bakıda beynəlxalq təlim-məşq toplanışı
-
13:34
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək
-
12:18
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
-
11:45
“Araz-Naxçıvan”ın iki üzvü milliyə dəvət aldı
-
11:22
"Trabzonspor"dan səfər qələbəsi VİDEO
-
10:59
Millimizin seçmə mərhələ üçün heyəti
-
10:31
"Liverpul" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Barselona" - "Nyukasl" matçında 9 qol VİDEO
-
20:54
Cüdo Federasiyası tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edilib
-
19:48
"Araz-Naxçıvan" Şamaxıdan 3 xalla qayıtdı VİDEO
-
18:27
"Kimin kiminlə problemi varsa, ora yozur"
20.03.2026
19.03.2026
18.03.2026























