Ölkə futbolu
Samir Abasovu niyə qınayırsınız ki...
Son günlər istər jurnalistlər, istərsə də sosial şəbəkə istifadəçiləri arasında “Neftçi”nin baş məşqçisi Samir Abasovu qınayanlar var. Yox, bu, “ağ-qaralar”ın nəticələri ilə bağlı deyil. Hər halda nəticə baxımından Samir Abasov indi bu mövsüm heç vaxt olmadığı qədər rahatdır. Son 10 günə qədər “Neftçi” 8 oyundan yalnız 1-də qələbə qazanmışdısa, son 3 görüşdə komanda maksimum nəticə göstərib. Tənqid predmeti qapı xətti ilə bağlıdır.
Məlumdur ki, millimizin əsas qapıçısı Şahruddin Məhəmmədəliyev cəzalı olduğu üçün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Bakıda İslandiyaya qarşı matçda meydana çıxa bilməyəcək. Belədə qapı xəttində Ayxan Abbasovun ya “Zirə”dən Aydın Bayramova, ya da “Neftçi”dən Rza Cəfərova şans verəcəyi ehtimal olunur. İddia edilir ki, məhz bu amili nəzərə alaraq, Samir Abasov son görüşlərdə qapıda Kenan Piriçə yox, Rza Cəfərova şans verməli idi. Necə ki, son iki turda Rəşad Sadıqov əsas heyətdə Tiaqo Silvaya yox, Aydın Bayramova şans verib. Lakin nə bu müqayisə düzgündür, nə də Abasovun qınanması.
Birincisi, nəinki Samir Abasovun, ümumiyyətlə heç bir klub məşqçisinin millinin heç bir əhəmiyyət kəsb etməyən oyununu düşünmək, öz komandasının nəticəsini riskə atmaq kimi bir öhdəliyi yoxdur. Tutaq ki, Samir Abasov Rza Cəfərova şans verdi və qapıçının səhvi ucbatından “Neftçi” xal itirdi. Bu zaman kimsə Abasova deyəcək ki, “çox sağ ol, xal itirsən də, millini düşünürsən”. Əlbəttə ki, yox!
İkincisi, Aydın Bayramov ötən mövsüm “Zirə”nin əsas qapıçısı olub və komandasının gümüş medal qazanmasında böyük pay sahibi olub. Hətta yaddaşım məni aldatmırsa, Bayramov ötən mövsüm qapısını ən çox toxunulmaz saxlayan yerli qolkiper idi. Eləcə də Rəşad Sadıqov Aydın Bayramova “Sabah”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra şans verib. Yəni böyük hesablı məğlubiyyətdən sonra baş məşqçinin qapı xəttində dəyişiklik etməsi normal haldır.
Üçüncüsü də, istər Fernandu Santuşun vaxtında, istərsə də Ayxan Abbasovun dönəmində milli komandaya klubunda oynamayan qapıçılar dəvət alır. Rza Cəfərov, yaxud Aydın Bayramov məgər buna qədər milliyə dəvət alarkən klublarında meydana çıxırdılar? Əgər milliyə qapıçılar klublarında oynamağa görə dəvət alsaydılar, o zaman Mehdi Cənnətov gərək hər toplanışda yığmaya çağırılardılar. Odur ki, Samir Abasovu qınamağa dəyməz. Üstəlik, MOİK-lə oyun göstərdi ki, “Neftçi”nin baş məşqçisi ikinci qapıçı kimi Rza Cəfərovu yox, Emil Balayevi görür...
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
09.11.2026
08.11.2026
07.11.2026


















.jpg)





