8 Iyun 2026, Bazar ertəsi
Minifutbol millimizin zəfər turu
"Zirə" Tiaqo Silva ilə yolları ayırdı
AFFA, bir təbrikə dəymədi?
Azərbaycan millisi Maltaya uduzdu

Xarici futbol

Azərbaycan millisinin qrupunda 12:0 hesabı

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının yer aldığı B qrupunda bir oyun keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Şotlandiya millisi öz meydanında Cəbəllütariqi qəbul edib. Görüş şotlandların 12:0 hesablı qələbəsi ilə başa çatıb. İlk hissədə 7 dəfə fərqlənən Şotlandiya yığması fasilədən sonra daha 5 qol vurub.

Seçmə mərhələdə ilk qələbəsini qazanan Şotlandiya millisi hazırda 3 xalla qrupda dördüncüdür. 3 oyunun hamısında uduzan Cəbəllütariq sonuncudur. 2 oyundan 1 xalı olan Azərbaycan yığması isə beşinci pillədə qərarlaşıb. Millimiz bu gün səfərdə Çexiya ilə üz-üzə gələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30