4 Sentyabr 2026, Cümə
"Zirə"dən növbəti transfer
Kadi 3 oyunluq cəzalanıb
IV turun hakim təyinatları açıqlandı
Millimizin oyunun yeri dəyişdirildi

Ölkə futbolu

AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL

AFFA Hakimlər Komitəsi referilərə xüsusi tapşırıq verib.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, hakimlərə tapşırılıb ki, VAR-dan siqnal gəldiyi halda mütləq monitora yaxınlaşmalıdırlar. Yəni VAR çağırırsa, mütləq epizodun təkrarına baxılmalıdır. Halbuki qaydalara əsasən, baş hakimin VAR-ın müdaxiləsindən imtina etmək hüququ var.

Xatırlayırsınızsa, ötən mövsüm xüsusən Əliyar Ağayevin VAR-ın müdaxiləsinə reaksiya vermədiyi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, FİFA referisi VAR-ın epizodun incələnməsi ilə bağlı çağırışına məhəl qoymur. Bu, referinin qəbul etdiyi qərarın düzgünlüyünə əminliklə ifadə olunurdu. Lakin bu mövsüm Ə.Ağayev də daxil olmaqla heç bir hakimin belə bir şansı yoxdur.

Hakimlər Komitəsinin qəti tapşırığıdır ki, VAR çağırırsa, mütləq monitora yaxınlaşmalısan. Bu isə hakimin qəbul etdiyi qərarın 99,9 faiz dəyişməsi deməkdir.

Belə çıxır ki, Azərbaycan Premyer Liqasının oyunlarının taleyini meydandakı hakimlər deyil, VAR-da əyləşənlər həll edir.   

İBRAHİM

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30