10 Sentyabr 2026, Cümə axşamı
Dadaşov Ukrayna klubunda
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”

Ölkə futbolu

“Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!

“Neftçi” növbəti transfer bombasını partladır.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar” Kamerun millisinin hücumçusu Vensan Abubakarla artıq prinsipial razılıq əldə olunub. Keçid yekunlaşmaq üzrədir.

33 yaşlı forvard bu gün Bakıya gələcək. O, əvvəlcə tibbi müayinədən keçəcək, daha sonra isə rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Abubakar Fransada “Valansyen”, “Loryan”, Portuqaliyada “Portu”, Türkiyədə “Beşiktaş”, “Hatayspor”, Səudiyyə Ərəbistanıda “Əl-Nəsr”də forma geyib.

2010-cu ildən dəvət aldığı Kamerun millisində 116 matçda 45 qol vurub. Abubakar yığma ilə birgə 2017-ci ildə Afrika Millətlər Liqasının qalibi olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30