26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Xarici futbol

"Çelsi" Bakıya bu heyətlə gəldi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq "Çelsi" Azərbaycana gəlib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komandanı ölkəmizə gətirən təyyarə 5 saat yarımlıq uçuşdan sonra Bakıya çatıb.

London klubunun baş məşqçisi Enzo Mareska portuqaliyalı cinah oyunçusu Pedro Netonu zədə səbəbindən Bakıya gələn heyətə daxil etməyib. Benua Badiaşile, Levi Kolvil, Dariu Essuqu və Koul Palmer də eyni səbəbdən heyətdə yer almayıb.

"Çelsi"nin 23 nəfərlik heyəti

Qapıçılar: Filip Yörgensen , Maks Merrik , Robert Sançes

Müdafiəçilər: Coş Açeampong , Tosin Adarabioyo, Trevo Çalobah , Mark Kukurelya, Uesli Fofana , Malo Qusto, Jorrel Hato, Ris Ceyms

Yarımmüdafiəçilər: Fakundo Buonanotte , Enso Fernandes , Romeo Laviya , Moyses Kaysedo , Andrey Santos

Hücumçular: Liam Delap , Alejandro Qarnaço, Tayrik Corc, Ceymi Gittenz, Mark Guiu, Joau Pedro, Estevao Villian

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" matçı saat 21:45-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30