1 Iyul 2026, Çərşənbə
“Neftçi”nin rəqibləri müəyyənləşdi
"Zirə" Türkiyə klubuna uduzdu
Adil Şükürov “Sumqayıt”la anlaşdı
Almaniya DÇ-2026 ilə vidalaşdı

Digər idman növləri

İslamiadada Azərbaycanı 15 qılıncoynadan təmsil edəcək

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan qılıncoynadanları müəyyənləşib.

Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi və komanda yarışlarında ölkəmizi 15 idmançı təmsil edəcək. Sablya növündə qadınların şəxsi yarışlarında Palina Kaspiaroviç və Səbinə Kərimova, komanda yarışlarında isə P.Kaspiaroviç, S.Kərimova və Zərifə Hüseynova bacarıqlarını göstərəcəklər.

Kişilərin şəxsi mübarizəsində Maqsud Hüseynli və Saleh Məmmədov, komandada isə M.Hüseynli, S.Məmmədov və Murad Əkbərov qüvvəsini sınayacaq.

Şpaqa növündə qadınlarda Aynur Quliyeva və Nəzrin Mehdiyeva fərdi şəkildə çıxış edəcək. Komanda yarışlarında A.Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimova ölkəmizi təmsil edəcəklər.

Kişilərin fərdi mübarizəsində Ruslan Həsənov və Vahab Fətullayev, komanda yarışlarında isə R.Həsənov, Emin Səfərbəyov və Mirxətai Məmmədov güclərini yoxlayacaqlar.

Qeyd edək ki, qılıncoynatma yarışları 17-20 noyabrda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31